1xBet bizim milli komandanın azərbaycanlı azarkeşlərə qürur bəxş etmiş anları yada salır.
5. Azərbaycan – Slovakiya – 2:0, 6 iyun 2001-ci il
Slovaklar həmin dövrdə indiki qədər güclü deyildilər. Bu komanda son illərdə mütəmadi olaraq Avropa çempionatlarına yüksəlsə də, 2002-ci il dünya çempionatının seçmə mərhələsində də ciddi rəqabət göstərirdi. Onlar həm İsveç, həm də Türkiyə ilə sonadək mübarizə aparırdılar.
Təbii ki, həmin vaxt Azərbaycan yığmasının qonaqlar üzərində qələbə qazanacağına çox az adam inanırdı. İlk 6 turda cəmi 1 xal və 1 qol əldə edən komandamız turnirdə autsayder sayılırdı. Lakin Bakıda keçirilən həmin oyunda futbolçularımız bütün güclərini meydanda qoyaraq uğursuz startı unutturmaq üçün əllərindən gələni etdilər.Matç boyunca sürətli əks-hücumlarımız Slovakiya müdafiəsini çətin vəziyyətə saldı. Günün qəhrəmanı isə Zaur Tağızadə oldu.
O, 26-cı dəqiqədə Vadim Vasilyevə qol ötürməsi verdi, 55-ci dəqiqədə isə özü fərqlənərək hesabı 2:0-a çatdırdı.Beləliklə, Azərbaycan millisinin seçmə mərhələdə qazandığı bu sensasiyalı qələbə futbol tariximizə qızıl hərflərlə yazıldı və azarkeşlər üçün unudulmaz günlərdən birinə çevrildi.
4. Azərbaycan – Portuqaliya – 1:1, 4 sentyabr 1999-cu il
Portuqalların qızıl nəsli (Luiş Fiqu, Ruy Koşta, Juan Pintu, Fernandu Koutu və digər ulduz futbolçular) məhz həmin dövrdə öz gücünü toplayırdı. Bu komandanı Avro-2000-də yalnız sonrakı çempion Fransa dayandıra biləcəkdi. Öz meydanında Azərbaycan yığmasına 7 cavabsız qol vuran portuqaliyalılar Bakıda da asan qələbəyə əmin idilər. Lakin təcrübəli baş məşqçi Əhməd Ələskərov millimizi güclü rəqibə qarşı matça əla şəkildə hazırlamışdı və futbolçuları yalnız qələbəyə kökləmişdi.
Oyun iki gün davam etdi, çünki Tofiq Bəhramov adına Respublika Stadionunda işıqlanmanın sıradan çıxması səbəbindən görüşü təxirə salmaq lazım gəldi. Azərbaycan meydanda yalnız müdafiə olunmur, həm də təhlükəli əks-hücumlarla cavab verirdi. Zaur Tağızadə bütün duyğuları yaşadı – əvvəlcə komandanı önə keçirdi, sonda isə qırmızı vərəqə aldı.Əksəriyyətdə oynayan Portuqaliya rəqibi sıxışdırmağa başladı və nəhayət, Fiqu Dmitri Kramarenkonu məyus etdi. Əgər milli komanda qələbəni sona qədər saxlasaydı, bu matç Azərbaycan futbol tarixində şübhəsiz ki, birinci yerdə olardı.
3. Azərbaycan – Serbiya və Çernoqoriya – 2:1, 11 iyun 2003
Balkan təmsilçisi həmin seçmə mərhələdə İtaliya ilə hər iki oyunda heç-heçə oynamış, Uelsi isə iki dəfə məğlub etmişdi. Lakin Serbiya və Çernoqoriyanın əsl başağrısı məhz Azərbaycan yığması oldu. Səfərdəki matçda (2:2) Qurban Qurbanovun dublu millimizi geri dönüşə daşıdı. Bakıda isə dramatizm zirvəyə çatdı – 87-ci dəqiqəyə qədər məğlub durumda olan millimiz əvvəlcə Qurban Qurbanovun penaltidən vurduğu qolla bərabərlik yaratdı, ardınca isə Fərrux İsmayılovun dəqiq zərbəsi tarixi qələbəni təmin etdi.
2. Azərbaycan – İsveç – 3:0, 16 noyabr 2023
İsveç Avro-2024-ə çıxmaq şansını itirmişdi, amma Viktor Dyekereş, Deyan Kuluşevski, Viktor Lindelef və Emil Forsberq kimi futbolçular uduzmağı xoşlamır. Lakin həmin gün Azərbaycan yığmasının əzmkarlığı qarşısında onlar da aciz qaldılar. Renat Dadaşov oyunun artıq 6-cı dəqiqəsində həm qol vurdu, həm də məhsuldar ötürmə verdi. Komandanın kapitanı Emin Mahmudov isə dubla imza atdı – xüsusilə mərkəzə yaxın məsafədən vurduğu möhtəşəm qol yaddaşlarda qaldı. Üstəlik, milli komanda Bəhlul Mustafazadənin qırmızı vərəqə alması səbəbilə yarım saatdan artıq azlıqda oynamışdı.
1. Azərbaycan – Türkiyə – 1:0, 12 oktyabr 2010
Almaniyalı mütəxəssis Berti Foqtsun millimizin baş məşqçisi olduğu altı il ərzində ən yaxşı matçı sayılır. Rəqib AVRO-2008-in yarımfinalçısı idi və turnir motivasiyası da var idi. Lakin millimiz sürprizə imza atdı. Komandanın rekordçu futbolçusu, kapitan Rəşad Sadıqov 38-ci dəqiqədə standart vəziyyətdən sonra vurduğu qolla tarixi qələbəni təmin etdi. Yüksək statuslu komandaya qalib gəlmək hər zaman qürurvericidir. Türkiyə kimi qonşu ölkə üzərində qələbə isə bu sevinc hissini ikiqat artırdı!
Millimizi 2026 Dünya Çempionatının seçmə mərhələsində dəstəklə – 1xBet Azərbaycan ilə qələbənin dadını birlikdə yaşa!



