“Real”ın sabiq ulduzu İtaliyada rekorda imza atdı. “Milan”ın yarımmüdafiəçisi Luka Modriç A Seriyasının üçüncü turunda “Bolonya”ya qarşı oyunun yeganə qolunun müəllifi oldu. 40 yaşlı xorvat ulduz 61-ci dəqiqədə cərimə meydançasında ötürməni dəqiq zərbə ilə tamamladı — 1:0. Bu qol “Milan” forması ilə onun debüt qolu kimi tarixə düşdü.
Modriç həm də A Seriyasının ən yaşlı qol müəllifi oldu. O, 1961-ci ildə 38 yaşında “İnter”in qapısına yol tapan “Milan”lı Nils Lidholmun rekordunu yenilədi.
“Real Madrid”də əfsanəvi karyera
Modriç 2012-ci ildən 2025-ci ilin Klub Dünya Çempionatından sonra ayrılana qədər “Real Madrid”in şərəfini qoruyurdu. Bu müddətdə xorvat yarımmüdafiəçi 28 titul qazandı:
- 4 dəfə La Liqa çempionu
- 6 dəfə Çempionlar Liqasının qalibi
- ümumilikdə 597 oyun, 43 qol və 88 asist
Bundan əvvəl o, Xorvatiyanın “Dinamo Zagreb” və İngiltərənin “Tottenhem” komandalarında çıxış edib. 2018-ci ildə isə Modriç “Qızıl top” mükafatına layiq görülüb və Xorvatiya ilə Dünya Çempionatında bürünc medal qazanıb.



