AFFA “İmişli”yə texniki məğlubiyyət verdi

AFFA İntizam Komitəsi “İmişli” klubuna texniki məğlubiyyət (0:3) verilməsi ilə bağlı qərar qəbul edib.

Sport-az.com-un məlumatına görə, qərar qurumun bu gün keçirilən iclasında açıqlanıb. Səbəb isə Misli Premyer Liqasının IV turunda baş tutan “İmişli” – “Sumqayıt” qarşılaşmasının 67-ci dəqiqəsində “İmişli”nin heyətində protokolda adı olmayan futbolçu İbrahim Əliyevin meydana daxil olması olub. Bu qayda pozuntusuna görə klub həm texniki məğlubiyyətlə (0:3), həm də 5 000 manat cərimə ilə üzləşib.

Komandaya digər intizam tədbirləri də tətbiq olunub:

  • Oyunda 5 futbolçunun sarı vərəqə almasına görə – 700 manat cərimə
  • Matçın 90+4-cü dəqiqəsində Rafael Vieqaşın rəqibi ayaqla vurmasına görə qırmızı vərəqə alması nəticəsində 3 oyunluq cəza və klubun 3 000 manatlıq cəriməsi

İclasda digər klublarla bağlı da qərarlar elan olunub:

  • “Sumqayıt” – azarkeşlərinin hakimlərə qarşı kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsinə görə 5 000 manat cərimə
  • “Şamaxı” – “Karvan-Yevlax” oyununda 4 futbolçusunun sarı vərəqə almasına görə 700 manat cərimə
  • “Neftçi” – “Sabah” görüşündə azarkeşlərin meydana kənar əşyalar atmasına görə (mövsümdə ikinci dəfə baş verdiyi üçün) 3 000 manat, kütləvi təhqiramiz ifadələrə görə isə əlavə 5 000 manat cərimə

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni