“Qarabağ”da şok itki – Yankoviçin zədəsi ciddidir

“Qarabağ”ın futbolçusu Marko Yankoviçin zədəsi ciddi xarakter daşıyır. Sport-az.com-un məlumatına görə, bu barədə klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev QOL-a açıqlama verib.

Hacıyev bildirib ki, əvvəlcə zədənin əzələ spazması olduğu ehtimal edilirdi, bu da “Benfika” ilə oyunda baş vermişdi. Lakin sonradan aparılan MRT müayinəsi zədənin daha ciddi olduğunu göstərib. Həmin müayinənin nəticələrinə əsasən, dördbaşlı əzələnin gərilməsi diaqnozu təsdiqlənib. Yankoviçin komandaya qayıtması təxminən 6 həftə çəkəcək.

Bu isə deməkdir ki, Monteneqro yığmasının üzvü Yankoviç Çempionlar Liqasında oktyabrın 1-də “Kopenhagen” (Danimarka) və oktyabrın 22-də “Atletik” (İspaniya) ilə keçiriləcək qarşılaşmaları buraxacaq.

Qeyd edək ki, Marko Yankoviç UEFA Çempionlar Liqasının 1-ci turunda “Benfika” ilə oyunun 77-ci dəqiqəsində zədələnmişdi.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni