Misli Premyer Liqasında hakimlərin fəaliyyəti: Əliyar Ağayev siyahıya başçılıq edir

Misli Premyer Liqasında artıq 5 tur arxada qalıb. Bu müddətdə keçirilmiş 29 oyunda (təxirə salınan “Sabah” – “Qarabağ” görüşü istisna olmaqla) 13 baş hakim çalışıb. Son turda isə yeni sima – Elvin Bayramov ilk dəfə baş hakim kimi meydana çıxaraq “Karvan-Yevlax” – “İmişli” matçını idarə edib.

Sport-az.com-un məlumatına görə, hazırda 3 oyunda təyinat almış hakimlərin sayı 6-ya çatıb. Bu siyahıda Fərid Hacıyev, Əliyar Ağayev, Kamal Umudlu, Elçin Məsiyev, Rəvan Həmzəzadə və Cavid Cəlilov yer alır.

Ən az iş başında olanlar isə hərəsi yalnız 1 görüşdə idarəçilik etmiş Elvin Bayramov, Kamranbəy Rəhimov və Əli Əliyev olub.

Ümumilikdə 5 tur ərzində hakimlər cəmi 103 vərəqə göstəriblər: 100 sarı, 3 qırmızı. Orta hesabla hər oyunda 3,6 vərəqə qeydə alınıb. Ən çox vərəqə göstərən hakim isə Əliyar Ağayev olub – 3 oyunda 11 sarı və 2 qırmızı.

Hakimlərin statistik göstəriciləri

Əliyar Ağayev – 3 oyun

  • Meydan sahibləri: 6 sarı, 2 qırmızı
  • Qonaqlar: 5 sarı
  • Cəmi: 11 sarı, 2 qırmızı

Elçin Məsiyev – 3 oyun

  • Meydan sahibləri: 5 sarı
  • Qonaqlar: 6 sarı
  • Cəmi: 11 sarı

Kamal Umudlu – 3 oyun

  • Meydan sahibləri: 5 sarı
  • Qonaqlar: 5 sarı
  • Cəmi: 10 sarı

Fərid Hacıyev – 3 oyun

  • Meydan sahibləri: 6 sarı
  • Qonaqlar: 3 sarı
  • Cəmi: 9 sarı

Cavid Cəlilov – 3 oyun

  • Meydan sahibləri: 2 sarı
  • Qonaqlar: 7 sarı
  • Cəmi: 9 sarı

Rəvan Həmzəzadə – 3 oyun

  • Meydan sahibləri: 4 sarı
  • Qonaqlar: 3 sarı
  • Cəmi: 7 sarı

Tural Qurbanov – 2 oyun

  • Meydan sahibləri: 4 sarı, 1 qırmızı
  • Qonaqlar: 7 sarı
  • Cəmi: 11 sarı, 1 qırmızı

İnqilab Məmmədov – 2 oyun

  • Meydan sahibləri: 3 sarı
  • Qonaqlar: 6 sarı
  • Cəmi: 9 sarı

Rəşad Əhmədov – 2 oyun

  • Meydan sahibləri: 3 sarı
  • Qonaqlar: 6 sarı
  • Cəmi: 9 sarı

Rauf Cabarov – 2 oyun

  • Meydan sahibləri: 2 sarı
  • Qonaqlar: 2 sarı
  • Cəmi: 4 sarı

Əli Əliyev – 1 oyun

  • Meydan sahibləri: 1 sarı
  • Qonaqlar: 3 sarı
  • Cəmi: 4 sarı

Kamranbəy Rəhimov – 1 oyun

  • Meydan sahibləri: 1 sarı
  • Qonaqlar: 2 sarı
  • Cəmi: 3 sarı

Elvin Bayramov – 1 oyun

  • Meydan sahibləri: 3 sarı
  • Qonaqlar: 0
  • Cəmi: 3 sarı

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni