Azərbaycan milli futbol komandası Millətlər Liqası çərçivəsində qarşıdakı Estoniya və Slovakiya oyunlarına hazırlıq məqsədilə təlim-məşq toplanışına başlayıb.
Sport-az.com-ın məlumatına görə, hazırlıq prosesinə bu gün start verilib. Milli komandamız 8-9 oktyabr tarixlərində Neftçi Futbol Mərkəzində məşqlərini keçirəcək.
Komanda oktyabrın 9-da, saat 15:00-da Estoniyanın paytaxtı Tallinə yollanacaq. Baş məşqçi Fernandu Santuşun rəhbərliyi altında milli komanda oktyabrın 10-da, Bakı vaxtı ilə saat 18:00-da “Lilleküla” stadionunda Estoniya millisi ilə keçiriləcək oyunöncəsi son məşqə çıxacaq. Oyun bitdikdən bir gün sonra – oktyabrın 12-də, səhər məşqindən sonra millimiz Bakı vaxtı ilə saat 14:00-da Azərbaycana qayıdacaq. Oktyabrın 13-də isə saat 17:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda Slovakiya ilə oyunöncəsi son məşq keçiriləcək.
Qeyd edək ki, Azərbaycan millisi C Liqasının 1-ci qrupunda mübarizə aparır. Millimiz oktyabrın 11-də Estoniya, oktyabrın 14-də isə Slovakiya ilə qarşılaşacaq. Hər iki oyun saat 20:00-da başlayacaq.