More

    “Neftçi”nin heyətinə qoşulan futbolçu Bakıya çatdı

    “Neftçi” klubu yeni transferini tezliklə ictimaiyyətə təqdim edəcək. Xəbər verir ki, Nigeriyalı yarımmüdafiəçi İfeanyi Metyu artıq Bakıya gəlib. 28 yaşlı futbolçu ilə aparılan danışıqlar müsbət yekunlaşıb.

    Dünən “Neftçi”də tibbi müayinədən keçən Metyunun keçidi bu gün və ya ən geci sabah rəsmən açıqlanacaq. Yay fasiləsində İsveçrənin “Sürix” klubundan ayrılan İfeanyi Metyu azad agent statusu daşıyır və “Neftçi”nin təklifini qəbul edib. Tərəflər bir illik müqavilə imzalamağa razılıq veriblər.

    İfeanyi Metyu 2016-cı ildən bəri Avropada müxtəlif klublarda çıxış edib. Onun keçmiş klubları arasında Norveçin “Lilleström”, Türkiyənin “Osmanlıspor” və İsveçrənin “Sürix” komandaları yer alır.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni