More

    “Qarabağ” – “Kopenhagen” oyununun bilet satışına start verildi

    “Qarabağ” – “Kopenhagen” oyununun biletləri artıq satışa çıxarılıb. Bu qarşılaşma UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turuna aid olub, oktyabrın 1-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

    Standart biletlərin qiymətləri 5, 10, 30, 40, 50 və 75 AZN arasında dəyişir. VIP sektorlarının qiymətləri 150, 200 və 250 AZN olaraq müəyyənləşib. VVIP sektoru üçün isə qiymət 500 AZN-dir. Biletlərə yalnız iTicket.az mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.

    Onlayn bilet alışı ilə bağlı çətinlik yaranarsa, azarkeşlər iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” Fan-Şopuna və Respublika stadionunun kassalarına müraciət edə bilərlər. Stadionda bəzi tribuna sektorlarının da yerləri və adları yenilənib.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni