Açıq Avropa Turnirində kişilərin mübarizəsində komandamız lider oldu

Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə Açıq Avropa Turniri sona yetib. Yarışın son günündə Azərbaycan millisi daha üç medal qazanaraq uğurlarını artırıb.

81 kq çəkidə mübarizə aparan Məhərrəm İmamverdiyev altı görüşünü də məğlubiyyətsiz başa vuraraq qızıl medal əldə edib. Qadınlarımızdan Könül Əliyeva (48 kq) və Gültac Məmmədəliyeva (52 kq) isə bürünc medal qazanıblar.

Turnirin əvvəlki günlərində isə İslam Rəhimov (66 kq) qızıl medala sahib çıxmış, Nazir Talıbov (66 kq) gümüş, Hüseyn Allahyarov və Murad Muradlı (hər ikisi 60 kq) isə bürünc medallarla fərqlənmişdi.

Yekun nəticədə Azərbaycan 35 ölkə arasında ümumi komandalar hesabında ikinci yeri tutub və kişilər arasında birincilik qazanıb.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni