“Arsenal” son dəqiqə qolu ilə qələbə qazandı

İngiltərə Premyer Liqasının 6-cı turu çərçivəsində “Arsenal” səfərdə “Nyukasl” komandası ilə qarşılaşıb və dramatik qələbə əldə edib. Xəbər verir ki, matç 2:1 hesabı ilə London təmsilçisinin xeyrinə başa çatıb.

Qonaq komandaya qalibiyyəti gətirən son dəqiqə qolu 90+6-cı dəqiqədə Qabriel tərəfindən vurulub. Ev sahibi “Nyukasl” 34-cü dəqiqədə Voltemade ilə hesabı açsa da, qonaqlar Mikael Merino (84-cü dəqiqə) və Qabrielin golları ilə oyunu öz lehinə çevirib.

Bu nəticədən sonra “Arsenal” turnir cədvəlində 13 xalla 2-ci pilləyə yüksəlib, “Nyukasl” isə 6 xalla 15-ci sıradadır. Liderlik mövqeyini isə 15 xal toplayan “Liverpul” qoruyur.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni