“Barselona”nın sabiq baş məşqçisi Xavi Ernandes portuqaliyalı Ruben Amorimin yerini tutaraq yaxın vaxtlarda “Mançester Yunayted”in yeni baş məşqçisi ola bilər. Xəbər verir ki, bu barədə məlumatı tanınmış idman insayderi Fabritsio Romano yayıb.
Mənbənin bildirdiyinə görə, Xavi İngiltərənin Premyer Liqasını yaxından izləyir və “Mançester Yunayted”in hazırkı böhranını aradan qaldıraraq klubun keçmiş şöhrətini geri qaytara biləcəyinə inanır. O, təklif alacağı təqdirdə komandaya rəhbərlik etməyə hazır olduğunu açıqlayıb.
Qeyd edək ki, Xavi 2024-cü ilin yayından sonra, “Barselona” ilə yollarını ayırdıqdan sonra işsizdir və yeni təkliflər gözləyir.



