Aleksandra Mollenhauer FIBA 3×3 dünya reytinqinin zirvəsində qərarlaşıb

Azərbaycanın 3×3 basketbol üzrə qadın millisinin aparıcı oyunçusu Aleksandra Mollenhauer növbəti dəfə beynəlxalq arenada tarixi uğura imza atıb. Beynəlxalq Basketbol Federasiyasının (FIBA) yenilənmiş fərdi dünya reytinqində o, bütün rəqiblərini geridə qoyaraq ilk pillədə qərarlaşıb.

Reytinqdə Azərbaycanın digər milli üzvü Erika Karter də yüksək mövqeyini qoruyub. Təcrübəli basketbolçu hazırda dünyanın ən güclü 3×3 oyunçuları arasında dördüncü sırada yer alır.

FIBA-nın fərdi 3×3 reytinq sistemi basketbolçuların son 12 ay ərzində qurumun rəsmi təqviminə daxil olan turnirlərdə göstərdikləri nəticələr əsasında formalaşdırılır. Hesablamalarda hər bir oyunçunun həmin dövr ərzində qazandığı ən yaxşı doqquz nəticə nəzərə alınır. Reytinq gündəlik yenilənir və beynəlxalq yarışlarda iştirak, həmçinin iri turnirlərə vəsiqə baxımından mühüm rol oynayır.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni