More

    Alkaras – son 35 ildə 23 yaşınadək mövsümdə 3+ Masters qazanan 5-ci tennisçi

    İspaniyalı tennisçi Karlos Alkaras (ATP №2) ATP 1000 turnirində, Sinsinnatida qalib gəlib. Xatırladaq ki, Yannik Sinner (ATP №1) final görüşündə ilk setdə 0:5 hesabından sonra oyunu davam etdirə bilməyib.

    1990-cı ildən bəri Karlos yalnız beşinci tennisçidir ki, 23 yaşı tamam olmadan bir mövsümdə ən azı 3 ATP Masters 1000 titulu qazanıb. Ondan əvvəl bu uğura aşağıdakı adlar imza atmışdı:

    • Pit Sampras (1994)
    • Marselo Rios (1998)
    • Rodjer Federer (2004)
    • Rafael Nadal (2005, 2007–2009)

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni