Bakıda yeniyetmələr arasında keçirilən “Heydər Əliyev Kuboku-2026” beynəlxalq boks turniri Azərbaycan millisinin böyük uğuru ilə başa çatıb. Boks Mərkəzində təşkil olunan yarışda 8 ölkədən 185 idmançı qüvvəsini sınayıb.
Altı gün davam edən turnirdə oğlanlar arasında 14, qızlar arasında isə 9 çəki dərəcəsində qaliblər müəyyənləşib. Final döyüşlərini Azərbaycan Boks Federasiyasının rəsmiləri, Olimpiya və dünya çempionatlarının mükafatçıları da izləyiblər.
Oğlanlardan ibarət komandanın medalçıları
Vaqif Kazımovun baş məşqçisi olduğu oğlanlardan ibarət komandada qızıl medal qazanan boksçular:
- Aydın Şahbazov – 44 kq
- Həsrət Məmmədov – 46 kq
- Rüstəm Nəsibov – 50 kq
- İsmayıl Nəsirzadə – 52 kq
- Məhəmmədəli İstamov – 57 kq
- Vəkil Qurbanov – 63 kq
- Yusif Ağakişiyev – 75 kq
- Şükar Əliyev – 80 kq
Gümüş medalçılar:
- İlhan Məmiyev – 44 kq
- Sərxan Ağazadə – 46 kq
- Nihad Məmmədli – 48 kq
- Vaqif Məhəmmədli – 50 kq
- Qardaş Rəhimov – 52 kq
- Əli Camalzadə – 57 kq
- Əli Abaslı – 60 kq
- Saleh Fərəcov – 80 kq
Bürünc medal qazananlar:
- Rəvan Həşimov – 44 kq
- Yusif Hüseynov – 46 kq
- Nizami Əliyev – 48 kq
- Rəsul Babazadə – 50 kq
- Sahib Baxışlı – 50 kq
- Mirtahir Əhmədli – 52 kq
- Elcan Musazadə – 54 kq
- Aydın Əliyev – 60 kq
- Tunar Mehdiyev – 60 kq
- Yusif Məmmədli – 66 kq
- Hidayət Məmmədov – 70 kq
- Mehran Rəsulov – +80 kq
Qızlardan ibarət komandanın nəticələri
İlkin Ağayevin rəhbərlik etdiyi U-17 qız komandasında turnirin qalibi olan idmançılar:
- Aysel Fərəcova – 46 kq
- Aydan İsmayıllı – 48 kq
- Səma Abbasova – 66 kq
Gümüş medalçılar:
- Yeganə Rəhimova – 48 kq
- Fatimə Məmmədli – 50 kq
- Cəmilə Muradlı – 57 kq
- Rəmziyə Mirzəyeva – 70 kq
Bürünc medal qazanan boksçular:
- Nəsrin Abdullazadə – 46 kq
- Aysan Miriyeva – 46 kq
- Nurgül Ocaqova – 48 kq
- Tunca Mürşüdova – 50 kq
- Sima İsmayılova – 50 kq
- Alsu Yafarova – 52 kq
- Nərmin Abdullazadə – 54 kq
- Ayan Novruzlu – 54 kq
- Emiliya Beydullayeva – 57 kq
- Aynur Vəlizadə – 63 kq
Azərbaycan yığması turniri ümumilikdə 11 qızıl, 12 gümüş və 22 bürünc medalla başa vurub. Komanda hesabında millimiz birinci yeri tutaraq “Heydər Əliyev Kuboku”na sahib olub. Gürcüstan 4 qızıl, 2 gümüş və 4 bürünclə ikinci, Qazaxıstan isə 3 qızıl, 5 gümüş və 7 bürünclə üçüncü olub.
Turnirin ən yaxşı boksçusu adına Qazaxıstan təmsilçisi Aliimran Aliyev layiq görülüb. Azərbaycanlı İlqar Qasımzadə isə ən yaxşı hakim seçilib.



