Azərbaycan kikboksinq millisi Türkiyənin Antalya şəhərində keçirilən Dünya Kubokunda uğurlu çıxışı ilə yadda qalıb. Müxtəlif yaş qrupları arasında təşkil olunan nüfuzlu yarışda komandamız 44 idmançı ilə təmsil olunub və ümumilikdə 32 medal əldə edib.
43 ölkədən 2353 idmançının qatıldığı turnirdə Azərbaycan yığması 9 qızıl, 10 gümüş və 13 bürünc medal qazanaraq ən çox fərqlənən komandalar sırasında yer alıb.
Fuad Zeynalovdan ikiqat uğur
Millimizin heyətində ən uğurlu nəticəyə Fuad Zeynalov imza atıb. O, 94 kq çəki dərəcəsində həm “Kick Light”, həm də “Light Contact” üzrə çempion olaraq iki qızıl medal əldə edib.
Qızıl medal qazanan digər idmançılar:
- Sabir Mirzəyev – “Kick Light” (52 kq)
- Həsən Məmmədov – “Low Kick” (42 kq)
- Aylin Hüseyzadə – “Low Kick” (44 kq)
- Mübariz Səmədov – “Kick Light” (69+ kq)
- Samir Əliyev – “Low Kick” (51 kq)
- Uğur Əliyev – K1 (71 kq)
- Əli Cabbarzadə – “Low Kick” (60 kq)
- Məhəmməd İmanov – “Low Kick” (60 kq)
Digər kateqoriyalarda çıxış edən Azərbaycan kikboksçuları da gümüş və bürünc medallarla fərqlənərək komandanın ümumi nəticəsinə mühüm töhfə veriblər.
Turnirin yekununda millimizin üzvü Fuad Zeynalov Türkiyə Kikboksinq Federasiyasının prezidenti və Dünya Kikboksinq Federasiyasının vitse-prezidenti Salim Kayıcı tərəfindən “Best Master” xüsusi mükafatına layiq görülüb.




