Azərbaycanlı kanoeçi Avropa çempionatında qızıl medal qazandı

Portuqaliyanın Montemor-o-Velyu şəhərində keçirilən kanoe üzrə Avropa çempionatında Azərbaycan idmançısı Boqdan Kurudz uğurlu çıxışı ilə diqqət mərkəzinə düşüb. Təcrübəli kanoeçi qitə birinciliyində ölkəmizə növbəti qızıl medalı qazandırıb.

Azərbaycan Su Növləri Federasiyasının yaydığı məlumata görə, Kurudz Masters kateqoriyasında (35-39 yaş qrupu) keçirilən yarışlarda bütün rəqiblərini qabaqlayaraq Avropa çempionu adına layiq görülüb.

Azərbaycan təmsilçisi kanoe-tək (C1) növündə 500 metr məsafəyə yarışda yüksək nəticə göstərərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, final yürüşündə əsas rəqiblərini geridə qoyaraq qızıl medalı təmin edib.

Bu nəticə Boqdan Kurudzun beynəlxalq arenada növbəti mühüm uğuru kimi qiymətləndirilir. Son illərdə Masters kateqoriyasında sabit çıxış edən idmançı Avropa çempionatında da favorit statusunu doğruldub.

Azərbaycanlı kanoeçi Avropa çempionatında qızıl medal qazandı

Azərbaycanlı kanoeçi üçün yarışlar hələ başa çatmayıb. O, iyunun 13-də daha bir məsafədə – kanoe-tək qayığında 200 metr yarışında mübarizə aparacaq.

Qısa məsafədə keçiriləcək bu startda da Kurudzun medal uğrunda əsas namizədlərdən biri olduğu bildirilir. Təcrübəli idmançı ikinci qızıl medal qazanaraq çempionatı daha uğurlu nəticə ilə başa vurmağa çalışacaq.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni