“Cadillac” Red Bull-un aparıcı mühəndisini heyətinə qatmağa yaxındır

Formula 1-də debüt mövsümünə hazırlaşan Cadillac komandası texniki heyətini gücləndirmək istiqamətində mühüm addım atmağa hazırlaşır. Racer nəşrinin yaydığı məlumata görə, Red Bull-un baş mühəndisi Pol Monaqan Amerika komandasının təklifini qəbul edib və tərəflər əməkdaşlığın yekun detalları üzərində işləyirlər.

Son aylarda Monaqanın “Cadillac”la danışıqları barədə xəbərlər yayılsa da, nə Red Bull, nə də yeni komanda bu məlumatları rəsmi şəkildə təsdiqləməyib.

Məlumata görə, britaniyalı mütəxəssis “Cadillac”ın texniki strukturunda əsas vəzifələrdən birini tutacaq. Bununla belə, keçidin nə vaxt rəsmiləşəcəyi hələ bəlli deyil. Tərəflər müqavilənin bütün şərtlərini razılaşdırmayıblar və mühəndisin Red Bull-dan ayrıldıqdan sonra “gardening leave” adlanan məcburi fasilədə nə qədər qalacağı da açıqlanmayıb.

Pol Monaqan Formula 1-in ən təcrübəli mühəndislərindən biri hesab olunur. O, 2005-ci ildən Red Bull komandasında çalışır və həm Sebastian Vettel, həm də Max Verstappen ilə qazanılan dünya çempionluqlarında mühüm rol oynayıb. Onun mümkün gedişi son dövrdə komandada baş verən kadr dəyişikliklərinin ən diqqətçəkən hadisələrindən biri kimi qiymətləndirilir.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni