UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində ilk yarımfinalçılar bəlli olub. Dünən keçirilən qarşılaşmaların ardından iki komanda növbəti mərhələyə vəsiqəni təmin edib.
Madrid derbisində “Atletiko Madrid” doğma azarkeşləri önündə “Barselona” ilə üz-üzə gəlib. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatsa da, ilk oyundakı üstünlük sayəsində İspaniya paytaxtının təmsilçisi yarımfinala yüksəlməyi bacarıb.
Digər matçda isə “Liverpul” öz meydanında PSJ-ni qəbul edib. Fransa klubu səfərdə də inamlı çıxış edərək 2:0 hesablı qələbə qazanıb və iki oyunun nəticəsinə görə yarımfinala adını yazdırıb.
UEFA Çempionlar Liqası
1/4 final, cavab oyunları
14 aprel:
- “Atletiko Madrid” (İspaniya) – “Barselona” (İspaniya) 1:2
Qollar: A.Lukman, 31 – L.Yamal, 4; F.Torres, 24
İlk oyun – 2:0
- “Liverpul” (İngiltərə) – PSJ (Fransa) 0:2
Qollar: O.Dembele, 72, 90+1
İlk oyun – 0:2
Bu gün isə 1/4 final mərhələsinə yekun vurulacaq və daha iki yarımfinalçı müəyyənləşəcək. Əsas diqqət Almaniya və İngiltərədə keçiriləcək oyunlara yönəlib.
UEFA Çempionlar Liqası
1/4 final, cavab oyunları
15 aprel:
- 23:00. “Bayern Münhen” (Almaniya) – “Real Madrid” (İspaniya)
İlk oyun – 2:1 - 23:00. “Arsenal” (İngiltərə) – “Sportinq” (Portuqaliya)
İlk oyun – 1:0



