Cincinnati Mastersində 1/16 final cütlükləri müəyyənləşdi – Cokoviç və Şelton mübarizəni dayandırdı

ABŞ-da keçirilən ATP Masters 1000 Cincinnati turnirində ikinci mərhələnin qarşılaşmaları başa çatıb və bununla da 1/16 finalın bütün cütlükləri dəqiqləşib. Turnirin ən böyük sürprizlərindən biri serbiyalı ulduz Novak Cokoviçin erkən mərhələdə mübarizəni dayandırması olub. O, argentinalı Tyaqo Aqustin Tiranteyə üç setlik oyunda məğlub olaraq yarışla vidalaşıb. Tirante növbəti mərhələdə ispaniyalı Martin Landaluse ilə üz-üzə gələcək.

Montreal Mastersinin son çempionu Ben Şelton da Cincinnati turnirində uğursuz çıxış edib. Amerikalı tennisçi portuqaliyalı Jayme Fariaya uduzub və turnirdən kənarda qalıb. Faria 1/16 finalda avstraliyalı Adam Uoltonla qarşılaşacaq.

Favoritlər yoluna davam edir

İlk iki nömrəli səpələnmiş tennisçilər – Aleksandr Zverev və Feliks Oje-Alyassim – öz oyunlarında qalib gələrək növbəti mərhələyə yüksəliblər. Zverev britaniyalı Kemeron Norrini, Oje-Alyassim isə yunanıstanlı Stefanos Tsitsipası mübarizədən kənarlaşdırıb. Növbəti raundda Zverev Terens Atman, kanadalı tennisçi isə Xuan Martin Serundolo ilə qarşılaşacaq.

Bununla yanaşı, turnirdə bir sıra səpələnmiş oyunçular da erkən mərhələdə mübarizəni dayandırıblar. Onların sırasında Tomas Martin Etçeverri, Valanten Vaşero, Matteo Arnaldi, Luçano Darderi, Zizu Berqs, Kasper Ruud, Fransisko Serundolo, Uqo Umber və Artur Rinderkneş də yer alır.

ATP 1000 Cincinnati – 1/16 final cütlükləri

Yuxarı hissə:

  • Aleksandr Zverev [1] – Terens Atman
  • Tommi Pol [18] – Daniel Valyexo
  • Rafael Xodar [12] – Alexandro Tabilo [22]
  • Aleksander Bloks [28] – Flavio Kobolli [7]
  • Tyaqo Aqustin Tirante – Martin Landaluse
  • Rinki Hicikata – Yakub Menşik [14]
  • Jirji Leheçka [9] – Artur Fils [21]
  • Artur Feri [32] – Aleks de Minaur [5]

Aşağı hissə:

  • Teylor Frits [6] – Daniel Merida Aqilar
  • Joao Fonseka [23] – Kristofer O’Konnell
  • Andrey Rublyov [13] – Nunu Borjeş
  • Brendon Nakaşima [27] – Daniil Medvedev [4]
  • Jayme Faria – Adam Uolton
  • Maykl Jen – Lorenso Muzetti [10]
  • Lerner Tien [16] – Frensis Tiafo [17]
  • Xuan Martin Serundolo – Feliks Oje-Alyassim [2]

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni