2026-cı il dünya çempionatının ilk turu çərçivəsində Kanada və ABŞ yığmaları fərqli nəticələrlə yadda qalıblar. Kanada doğma meydanda Bosniya və Herseqovina ilə xal bölüşdüyü halda, ABŞ Paraqvay üzərində inamlı qələbə qazanıb.
B qrupunun Toronto şəhərində keçirilən oyununda Kanada və Bosniya və Herseqovina milliləri 1:1 hesablı heç-heçə ediblər.
Qonaqlar 21-ci dəqiqədə önə keçiblər. Sead Kolaşinaçın künc zərbəsindən ötürməsini Yovo Lukiç başla qapıya göndərərək hesabı açıb. Kanada isə ikinci hissədə fəallaşıb və 78-ci dəqiqədə Promis Devidin ötürməsindən sonra Kayl Larin bərabərlik qolunu vurub.
Bosniya millisinin qapısını vaxtilə Ukraynanın “Zorya” klubunda çıxış etmiş Nikola Vasil qoruyub.
DÇ-2026, B qrupu, I tur
Kanada – Bosniya və Herseqovina 1:1
Qollar: Kayl Larin, 78 – Yovo Lukiç, 21
ABŞ Paraqvayı darmadağın etdi
D qrupunda ABŞ millisi azarkeşləri önündə Paraqvayı 4:1 hesabı ilə məğlub edib. İnqlvuddakı “SoFi Stadium”da keçirilən qarşılaşmada ev sahibləri ilk hissədə oyunun taleyini həll ediblər.
Hesab 7-ci dəqiqədə Damian Bobadilyanın avtoqolu ilə açılıb. Daha sonra Florian Baloqun 31 və 45+5-ci dəqiqələrdə fərqlənərək ABŞ-ın üstünlüyünü artırıb. İkinci hissədə Maurisio qonaqların yeganə qolunu vursa da, əlavə vaxtda Covanni Reyna möhtəşəm zərbə ilə yekun nəticəni müəyyənləşdirib.
DÇ-2026, D qrupu, I tur
ABŞ – Paraqvay 4:1
Qollar: Bobadilya, 7 (avtoqol), Baloqun, 31, 45+5, Reyna, 90+8 – Maurisio, 73




