DÇ-2026-nın ikinci turunda həm böyükhesablı qələbə, həm də gərgin mübarizə ilə yadda qalan qarşılaşmalar baş tutub. B qrupunda Kanada Qətər üzərində tarixi nəticəyə imza ataraq mundiallarda ilk qələbəsini qazanıb. A qrupunda isə Meksika Cənubi Koreyanı məğlub edərək turnir cədvəlində vəziyyətini yaxşılaşdırıb.
Kanada mundial tarixinin ən yaddaqalan gecəsini yaşadı
Vankuverdəki “BC Place” stadionunda keçirilən Kanada – Qətər matçı meydan sahiblərinin tam üstünlüyü ilə keçib. Kanada yığması rəqibini 6:0 hesabı ilə məğlub edərək dünya çempionatları tarixində ilk qələbəsini qazanıb.
Oyunun dönüş nöqtələrindən biri Qətər millisinin iki futbolçusunun meydandan qovulması olub. Komanda əvvəlcə 33-cü, daha sonra isə 53-cü dəqiqədə azlıqda qalıb.
İkinci qırmızı vərəqə isə ağır zədə ilə nəticələnib. Assim Madibonun kobud müdaxiləsindən sonra kanadalı İsmayıl Kone ayağından ciddi xəsarət alıb və qarşılaşma bir müddət dayanıb.
DÇ-2026. B qrupu, I tur
Kanada – Qətər – 6:0
Qollar: Larin, 16, Devid, 29, 45+3, 90+2, Saliba, 64, Əl-Mannai, 75 (avtoqol)
Qırmızı vərəqələr: Əl-Əmin, 33, Madibo, 53
Meksikaya qələbəni qapıçı səhvi gətirdi
A qrupunda keçirilən Meksika – Cənubi Koreya görüşündə isə azarkeşlər yalnız bir qol görsələr də, matç kifayət qədər maraqlı alınıb. Zapopandakı “Estadio Akron” arenasında baş tutan və Meksikanın 1:0 hesablı qələbəsi ilə yekunlaşan qarşılaşmanın taleyini ikinci hissədə yaşanan uğursuz epizod müəyyənləşdirib.
Cənubi Koreya qapıçısı Kim Son Gyu hava topu uğrunda mübarizə zamanı komanda yoldaşı ilə toqquşaraq topu əldən buraxıb. Boş qalan qapı qarşısında ilk davranan Luis Romo olub və topu tora göndərərək komandasına qələbə qazandırıb.
DÇ-2026. A qrupu, II tur
Meksika – Cənubi Koreya – 1:0
Qol: Luis Romo, 50




