DÇ-2026: Niderlanddan qol şousu, Almaniya pley-offa vəsiqə qazandı

2026-cı il dünya çempionatının ikinci turunda həm məhsuldar oyun, həm də dramatik sonluq yaşanıb. F qrupunda Niderland İsveçi böyük hesabla məğlub edərək qrup liderliyinə yüksəlib. E qrupunda isə Almaniya son dəqiqə qolu sayəsində Kot-d’İvuarı məğlub edərək vaxtından əvvəl pley-off mərhələsinə yüksələn ilk komandalardan biri olub.

Kumanın komandası İsveçi darmadağın etdi

Hyustondakı “NRG Stadium”da keçirilən qarşılaşmada Niderland millisi İsveç üzərində 5:1 hesablı parlaq qələbə qazanıb. Ronald Kumanın komandası oyuna sürətli başlayaraq artıq 5-ci dəqiqədə hesabı açıb və fasiləyə qədər üstünlüyünü daha da artırıb.

Matçın əsas qəhrəmanları Brayan Brobbi və Kodi Qakpo olublar. Hər iki futbolçu dublla yadda qalıb. Görüşün sonlarında Krisensio Sammervill də fərqlənərək hesabı daha da böyüdüb. İsveçin yeganə qolunu isə Entoni Elanqa vurub.

Bu nəticədən sonra Niderland yığması 4 xalla F qrupunda birinci pilləyə yüksəlib. İsveç 3 xalla ikinci sırada qərarlaşıb. Yaponiya və Tunis isə ilk iki turdan sonra geridə qalan komandalar olub.

DÇ-2026. F qrupu, II tur

Niderland – İsveç – 5:1

Qollar: Brobbi, 5, 17, Qakpo, 47, 54, Sammervill, 89 – Elanqa, 59

DÇ-2026: Niderlanddan qol şousu, Almaniya pley-offa vəsiqə qazandı

Almaniya son anda sevindi

DÇ-2026: Niderlanddan qol şousu, Almaniya pley-offa vəsiqə qazandı

E qrupunda baş tutan Almaniya – Kot-d’İvuar matçı isə gərgin mübarizə şəraitində keçib. Torontodakı “BMO Field” stadionunda oynanılan görüşdə afrikalılar ilk hissədə Frank Kessyenin qolu ilə hesabda önə keçiblər.

Fasilədən sonra təşəbbüsü ələ alan Almaniya yığması təzyiqi artırıb. 68-ci dəqiqədə Deniz Undav hesabı bərabərləşdirib. Oyunun artıq heç-heçə ilə başa çatacağı düşünüldüyü anda yenidən səhnəyə çıxan hücumçu kompensasiya vaxtının dördüncü dəqiqəsində ikinci qolunu vuraraq komandasına 2:1 hesablı qələbə qazandırıb.

Altı xala çatan Almaniya yığması qrupda liderliyini möhkəmləndirib və pley-off mərhələsinə vəsiqəni rəsmiləşdirib. Kot-d’İvuar isə üç xalla ikinci pillədə qalıb.

DÇ-2026. E qrupu, II tur

Almaniya – Kot-d’İvuar – 2:1

Qollar: Undav, 68, 90+4 – Kessye, 30

DÇ-2026: Niderlanddan qol şousu, Almaniya pley-offa vəsiqə qazandı

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni