DÇ-2026: Yaponiyadan qol şousu, Kurasao isə tarixi xal qazandı

Dünya çempionatının növbəti oyun günündə həm böyükhesablı qələbə, həm də sensasion nəticə qeydə alınıb. Yaponiya Tunis üzərində inamlı qələbə qazanaraq pley-offa bir addım da yaxınlaşıb. E qrupunda isə Kurasao millisi Ekvadorla oyunda qapıçısı Eloy Romun möhtəşəm performansı sayəsində tarixi xal əldə edib.

E qrupunda keçirilən Ekvador – Kurasao qarşılaşması qolsuz başa çatsa da, matçın əsas qəhrəmanı qonaqların təcrübəli qapıçısı olub. Kurasao yığması Ekvadorla 0:0 hesablı heç-heçə edərək dünya çempionatları tarixində ilk xalını qazanıb.

37 yaşlı Eloy Rom görüş ərzində 15 seyv edərək komandasını dəfələrlə qoldan xilas edib. Onun çıxışı FIFA tərəfindən matçın ən yaxşı oyunçusu mükafatı ilə qiymətləndirilib. Bu göstərici son dünya çempionatlarında qapıçıların ən yaxşı performanslarından biri hesab olunur.

Hazırda Kurasao 1 xalla qrupda dördüncü pillədə qərarlaşıb. Almaniya 6 xalla liderdir, Kot-d’İvuarın 3, Ekvadorun isə 1 xalı var.

Dünya çempionatı 2026. E qrupu, II tur

Ekvador – Kurasao – 0:0

DÇ-2026: Yaponiyadan qol şousu, Kurasao isə tarixi xal qazandı

Yaponiya Tunisi darmadağın etdi

DÇ-2026: Yaponiyadan qol şousu, Kurasao isə tarixi xal qazandı

Monterreydə keçirilən digər qarşılaşmada Yaponiya millisi Tunis üzərində 4:0 hesablı parlaq qələbə qazanıb. Asiya təmsilçisi ilk dəqiqələrdən üstün oyun nümayiş etdirərək rəqibinə demək olar ki, heç bir şans verməyib.

Daichi Kamada hesabı erkən açıb, Ayase Ueda isə dubla imza ataraq komandasının uğurunda əsas pay sahiblərindən biri olub. Yaponiyanın dördüncü qolunu Cunya İto vurub.

Maraqlıdır ki, Tunis mundialdakı ilk iki oyununa iki fərqli baş məşqçi ilə çıxıb. İlk turda İsveçə ağır məğlubiyyətdən sonra federasiya Sabri Lamuşini istefaya göndərərək Erve Renarı komandaya gətirsə də, bu dəyişiklik nəticələrə təsir etməyib. Tunis iki turdan sonra xal qazana bilməyərək pley-off şanslarını itirib.

Dünya çempionatı 2026. F qrupu. II tur

Tunis – Yaponiya – 0:4

Qollar: Kamada, 4, Ueda, 31, 83, İto, 69

DÇ-2026: Yaponiyadan qol şousu, Kurasao isə tarixi xal qazandı

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni