Keçmiş dünya çempionu Endi Ruiz uzun fasilədən sonra yenidən peşəkar boksa qayıtmağa hazırlaşır. Məşhur meksikalı ağırçəkili sentyabrın 4-də ABŞ-ın Nyu-Cersi ştatında polşalı Damian Knıba ilə qarşılaşacaq. Döyüşün keçiriləcəyini Matchroom Boxing rəsmən açıqlayıb.
Bu qarşılaşma Ruiz üçün son iki ildə ilk rəsmi döyüş olacaq. 36 yaşlı boksçu sonuncu dəfə 2024-cü ildə Cerrell Millerlə üz-üzə gəlmiş və həmin görüş heç-heçə başa çatmışdı. Daha sonra əlindən əməliyyat olunan Ruiz uzun müddət rinqdən uzaq qalmışdı. İndi isə o, yenidən dünya çempionluğu uğrunda mübarizəyə qayıtmaq niyyətindədir.
Ruiz ağır çəkidə ən yaddaqalan qələbəsini 2019-cu ildə qazanıb. O, Entoni Coşuanı məğlub edərək britaniyalı boksçunun peşəkar karyerasındakı ilk məğlubiyyətə imza atmış və dünya çempionu olmuşdu. Həmin sensasiyalı nəticə onu ağır çəki tarixinin ən məşhur simalarından birinə çevirmişdi.
Bu dəfə onun rəqibi Damian Knıba olacaq. Polşalı boksçu 2026-cı ilin əvvəlində Aqit Kabayelə uduzaraq peşəkar karyerasında ilk məğlubiyyətini alıb və indi yenidən iddialılar sırasına qayıtmağa çalışır. Qarşıdakı döyüş hər iki ağırçəkili üçün böyük əhəmiyyət daşıyır.




