Formula-1-də dəyişiklik: 2027 mövsümünə Bəhreyn start verəcək

Formula-1 üzrə 2027-ci il mövsümünün təqvimində mühüm dəyişiklik gözlənilir. Məlumata görə, ənənəvi olaraq mövsümə ev sahibliyi edən Avstraliya Qran-prisi ilk mərhələ statusunu itirəcək. Yeni plana əsasən, çempionatın açılış yarışı Bəhreyndə keçiriləcək.

İlkin təqvimə əsasən, mövsüm martın 14-də Bəhreyn Qran-prisi ilə başlayacaq. Bundan bir həftə sonra – martın 21-də Səudiyyə Ərəbistanı mərhələsi baş tutacaq. Uzun illər açılış yarışı kimi tanınan Avstraliya Qran-prisi isə üçüncü pilləyə düşərək aprelin 4-də təşkil olunacaq. Qalan mərhələlərin ardıcıllığında ciddi dəyişiklik nəzərdə tutulmur.

Açıqlanan siyahıya əsasən, 2027-ci il mövsümü aşağıdakı yarışlarla davam edəcək:

  • Bəhreyn Qran-prisi — 14 mart
  • Səudiyyə Ərəbistanı Qran-prisi — 21 mart
  • Avstraliya Qran-prisi — 4 aprel
  • Çin Qran-prisi — 11 aprel
  • Yaponiya Qran-prisi — 25 aprel
  • Mayami Qran-prisi — 9 may
  • Kanada Qran-prisi — 23 may
  • Monako Qran-prisi — 6 iyun
  • Portuqaliya Qran-prisi — 13 iyun
  • Avstriya Qran-prisi — 27 iyun
  • Böyük Britaniya Qran-prisi — 4 iyul
  • Belçika Qran-prisi — 18 iyul
  • Macarıstan Qran-prisi — 25 iyul
  • İspaniya Qran-prisi — 29 avqust
  • İtaliya Qran-prisi — 5 sentyabr
  • Türkiyə Qran-prisi — 19 sentyabr
  • Azərbaycan Qran-prisi — 26 sentyabr
  • Sinqapur Qran-prisi — 10 oktyabr
  • ABŞ Qran-prisi — 24 oktyabr
  • Meksika Qran-prisi — 31 oktyabr
  • San-Paulu Qran-prisi — 7 noyabr
  • Las-Veqas Qran-prisi — 20 noyabr
  • Qətər Qran-prisi — 28 noyabr
  • Əbu-Dabi Qran-prisi — 5 dekabr

Beləliklə, Formula-1 rəhbərliyi mövsümün başlanğıcını Yaxın Şərqə daşımaqla həm logistika, həm də iqlim şəraitinə uyğunlaşdırılmış daha optimal təqvim formalaşdırmağa çalışır.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni