2026-cı il dünya çempionatının qrup mərhələsində keçiriləcək Fransa – İraq qarşılaşmasının vaxtında baş tutmamaq ehtimalı yaranıb. Buna səbəb oyunun oynanılacağı Filadelfiya şəhərində gözlənilən əlverişsiz hava şəraitidir.
Sinoptiklərin proqnozlarına görə, matç saatlarında bölgədə güclü yağışlar və qasırğavari küləklər müşahidə oluna bilər. Yerli hakimiyyət orqanları günorta saatlarından etibarən mümkün sel və daşqın riski ilə bağlı xəbərdarlıq yayıblar.
Mövcud hava şəraiti səbəbindən təşkilatçılar vəziyyəti diqqətlə izləyirlər. Təhlükəsizlik amili nəzərə alınaraq, qarşılaşmanın başlanğıc vaxtının dəyişdirilməsi və ya oyunun başqa tarixə keçirilməsi ehtimalı gündəmdədir.
Vəziyyəti mürəkkəbləşdirən məqamlardan biri də oyunun dam örtüyü olmayan stadionda keçirilməsinin planlaşdırılmasıdır. Güclü yağış və külək həm meydanın vəziyyətinə, həm də azarkeşlərin rahatlığına təsir göstərə bilər.
Bu səbəbdən təşkilatçılar son qərarı hava şəraitinin inkişafından asılı olaraq matça yaxın saatlarda verməyi planlaşdırırlar. Hazırda isə görüşün nəzərdə tutulan vaxtda keçirilməsi qüvvədə qalır.
Qeyd edək ki, Fransa – İraq matçının Bakı vaxtı ilə iyunun 23-də saat 01:00-da başlaması nəzərdə tutulur.




