More

    III MDB Oyunlarının təntənəli bağlanış mərasimi Gəncə stadionunda həyata keçirilib

    Gəncə stadionu III MDB Oyunlarının bağlanışına ev sahibliyi edib. Tədbirdə rəsmi şəxslər, beynəlxalq idman təşkilatlarının nümayəndələri, idmançılar və geniş tamaşaçı kütləsi iştirak edib. Ümumilikdə 13 ölkədən 1 624 idmançı və 2 337 nümayəndə tədbirdə yer alıb.

    Turnirdə Azərbaycanı 340 idmançı təmsil edib. Digər iştirakçı ölkələr arasında Rusiya 262, Özbəkistan 254, Belarus 240, Qazaxıstan 147, Tacikistan 144, Qırğızıstan 126, Türkmənistan 48, Türkiyə 38, Kuba 11, Küveyt 6, Oman isə 4 idmançı ilə qatılıb.

    Ümumilikdə medal sıralamasında Rusiya 231 medalla (130 qızıl, 61 gümüş, 40 bürünc) birinci olub. Azərbaycanın aktivinə isə 184 medal yazılıb ki, bunlardan 33-ü qızıl, 56-sı gümüş, 95-i bürüncdür. Belarus isə 122 medal (32 qızıl, 38 gümüş, 52 bürünc) ilə üçüncü yerlə kifayətlənib.

    Qeyd edək ki, III MDB Oyunları 2021-ci ildən həyata keçirilir və bu yarışlar regional idmanda mühüm turnir kimi qəbul edilir.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni