İyunun 21-də 2026-cı il dünya çempionatında H və G qruplarında II turun daha iki maraqlı qarşılaşması keçirildi. Günün ən diqqətçəkən nəticələrindən biri İspaniya millisinin Səudiyyə Ərəbistanı üzərində qazandığı böyükhesablı qələbə oldu. Belçika və İran arasındakı görüşdə isə qalib müəyyənləşmədi.
Atlanta şəhərindəki “Mercedes-Benz Arena” stadionunda keçirilən oyunda İspaniya rəqibini 4:0 hesabı ilə məğlub etdi. Matçın hesabını 10-cu dəqiqədə Lamin Yamal açdı. Daha sonra Mikel Oyarzabal 21-ci və 24-cü dəqiqələrdə fərqlənərək komandasının üstünlüyünü artırdı. Fasilədən sonra isə Həsən Əl-Tambakti topu öz qapısına göndərərək yekun nəticəni müəyyənləşdirdi.
H qrupu, II tur
İspaniya – Səudiyyə Ərəbistanı – 4:0
Qollar: Yamal, 10, Oyarzabal, 21, 24, Əl-Tambakti, 49 (avtoqol)
Belçika azlıqda qalsa da məğlub olmadı
G qrupunun II turunda Belçika və İran milliləri üz-üzə gəldi. İnglvud şəhərindəki “SoFi Stadium”da keçirilən qarşılaşma 0:0 hesabı ilə başa çatdı.
Oyunun əsas hadisələrindən biri 66-cı dəqiqədə yaşandı. Belçikalı müdafiəçi Natan Nqoy qırmızı vərəqə alaraq meydandan qovuldu və komandasını azlıqda qoydu. Buna baxmayaraq, belçikalılar qapılarında qol görmədilər və bir xal qazanmağa nail oldular.
G qrupu, II tur
Belçika – İran – 0:0
Qırmızı vərəqə: Nqoy, 66 (Belçika)




