UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin cavab qarşılaşmaları başa çatıb və yarımfinala vəsiqə qazanan komandalar müəyyənləşib. Gecənin əsas diqqət çəkən hadisələrindən biri Arda Turanın rəhbərlik etdiyi “Şaxtyor”un növbəti mərhələyə yüksəlməsi olub.
Ukrayna təmsilçisi Niderlandda “AZ Alkmaar”ın qonağı olub. İlk oyunda 3:0 hesablı üstünlük qazanan “Şaxtyor” cavab matçında 2:2 hesablı heç-heçə ilə kifayətlənərək iki oyunun nəticəsinə görə yarımfinala adını yazdırıb. Bu nəticə Arda Turanın komandası üçün mühüm uğur kimi qiymətləndirilir.
Favoritlərdən biri mübarizəni dayandırdı
Turun digər diqqətçəkən qarşılaşmalarından biri İtaliyada baş tutub. “Fiorentina” öz meydanında “Kristal Pelas”ı 2:1 hesabı ilə məğlub etsə də, ilk oyunda 0:3 hesabı ilə uduzduğu üçün turnirlə vidalaşıb. Beləliklə, İngiltərə təmsilçisi yarımfinala yüksələn tərəf olub.
Digər oyunlarda isə maraqlı nəticələr qeydə alınıb. Yunanıstanda AEK Afina “Rayo Valyekano”nu 3:1 hesabı ilə məğlub etsə də, ilk matçdakı məğlubiyyət səbəbindən mərhələni keçə bilməyib. Fransada isə “Strasburq” möhtəşəm geri dönüş edərək “Maynts” üzərində 4:0 hesablı qələbə qazanıb və yarımfinala yüksələn tərəf olub.
Konfrans Liqası – 1/4 final, cavab oyunları:
“AZ Alkmaar” – “Şaxtyor” – 2:2
(İlk oyun – 0:3)
“Fiorentina” – “Kristal Pelas” – 2:1
(İlk oyun – 0:3)
AEK (Afina) – “Rayo Valyekano” – 3:1
(İlk oyun – 0:3)
“Strasburq” – “Maynts” – 4:0
(İlk oyun – 0:2)



