Madriddə krizis: Vinisius Juniordan “Real”a sərt ultimatum – “Ya mən, ya Mourinyo”

Fevral ayında UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində baş tutan “Benfika” – “Real Madrid” qarşılaşmasında yaşanan irqçilik qalmaqalı yeni müstəviyə qədəm qoyub. Həmin oyunda Prestianninin braziliyalı ulduz Vinisius Junioru “meymun” adlandıraraq təhqir etməsi ilə başlayan gərginlik hələ də səngimək bilmir.

Hadisələrin gedişatına ciddi təsir edən əsas məqam isə “Real Madrid” klubunun “Benfika”nın hazırkı çalışdırıcısı Joze Mourinyonu baş məşqçi postuna gətirmək planları olub. Bu xəbər Vinisius Junior tərəfindən kəskin etirazla qarşılanıb.

İspaniya mətbuatında yayılan iddialara görə, hücumçu klub rəhbərliyi qarşısında qəti şərt qoyaraq ultimatum verib:

“Ya mən komandada qalacam, ya da bura Mourinyo gələcək. Seçim sizindir”.

Vinisius Juniorun bu qədər sərt reaksiya verməsinin səbəbi isə Prestianni ilə yaşanan insident zamanı Joze Mourinyonun da həmin proseslərdə iştirak etməsi və futbolçuya qarşı xoşagəlməz münasibət sərgiləməsidir. Braziliyalı oyunçu hesab edir ki, portuqaliyalı mütəxəssisin kluba gəlişi onun prinsiplərinə və hüquqlarına ziddir.

Məlumat üçün bildirək ki, Vinisiusu irqi zəmində təhqir edən futbolçu artıq öz cəzasını alıb və altı rəsmi oyundan kənarlaşdırılıb. İndi isə bütün diqqətlər “Kral Klubu”nun rəhbərliyindədir; onlar ulduz futbolçunu komandada saxlamaq və ya təcrübəli məşqçi ilə müqavilə imzalamaq arasında çətin seçim etməli olacaqlar.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni