Mbappe rekord qırdı, Holand isə Norveçə böyük qələbə qazandırdı

2026-cı il dünya çempionatının I qrupunda ilk turun qarşılaşmaları favoritlərin üstünlüyü ilə başa çatıb. Fransa millisi Seneqal üzərində inamlı qələbə qazanıb, Norveç isə İraqı darmadağın edərək turnirə uğurlu start verib.

Mbappe Fransa tarixində yeni zirvədə

ABŞ-ın Nyu-Cersi ştatında yerləşən “MetLife Stadium”da keçirilən oyunda Fransa yığması Seneqalı 3:1 hesabı ilə məğlub edib. Didye Deşamın komandasında Kilian Mbappe iki dəfə fərqlənərək əsas qəhrəmana çevrilib. Digər qolu isə Bredli Barkola vurub. Seneqalın heyətində yeganə qolun müəllifi İbrahim Mbaye olub.

Bu dublla Mbappe Fransa millisindəki qol sayını 58-ə çatdırıb və 57 qolla rekordçu olan Olivye Jirunu geridə qoyaraq ölkə futbolunun yeni bombardiri olub. Hücumçunun dünya çempionatlarındakı qol göstəricisi isə artıq 14-ə yüksəlib.

DÇ-2026. I qrupu, I tur

Fransa – Seneqal – 3:1

Qollar: Mbappe, 66, 90+6, Barkola, 82 – Mbaye, 90+5.

Mbappe rekord qırdı, Holand isə Norveçə böyük qələbə qazandırdı

Norveçdən 28 ildən sonra möhtəşəm dönüş

5

Qrupun digər matçında Norveç millisi İraq üzərində 4:1 hesablı qələbə qazanıb. Uzun illərdən sonra dünya çempionatına qayıdan skandinavlar ilk turda güclü təsir bağışlayıblar.

Komandanın lideri Erlinq Holand iki qol vuraraq qələbədə həlledici rol oynayıb. Estiqor da fərqlənənlər sırasında yer alıb. İraqın hesabına yazılan yeganə qol Hüseynin adına qeydə alınıb.

DÇ-2026. I qrupu, I tur

İraq – Norveç – 1:4

Qollar: Hüseyn, 39 – Holand, 29, 43, Estiqor, 76, Hüseyn, 90+6 (avtoqol).

Mbappe rekord qırdı, Holand isə Norveçə böyük qələbə qazandırdı

İlk turun yekununda Norveç və Fransa hərəyə 3 xal toplasa da, top fərqinə görə qrup liderliyi Norveçin əlindədir. Seneqal və İraq isə növbəti oyunlarda ilk xallarını qazanmağa çalışacaqlar.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni