Messi dünya çempionatında tarix yazdı, Avstriya isə qələbə ilə başladı

2026-cı il dünya çempionatının J qrupunda ilk turun oyunları maraqlı nəticələrlə yadda qalıb. Son dünya çempionu Argentina titul müdafiəsinə böyükhesablı qələbə ilə başlayıb, Avstriya isə İordaniya səddini aşaraq vacib üç xal qazanıb.

Messi rekordlar siyahısında Klozeyə çatdı

Kanzas-Sitidəki “Arrowhead Stadium”da keçirilən qarşılaşmada Argentina millisi Əlcəzair üzərində 3:0 hesablı inamlı qələbə qazanıb. Matçın əsas qəhrəmanı Lionel Messi olub. Təcrübəli hücumçu 17-ci, 60-cı və 76-cı dəqiqələrdə fərqlənərək komandasının bütün qollarını vurub.

Bu nəticə Messi üçün xüsusi əhəmiyyət daşıyıb. Argentina millisinin kapitanı dünya çempionatlarındakı qol sayını 16-ya yüksəldərək Almaniya futbolunun əfsanəsi Miroslav Klozenin rekorduna şərik olub. Bununla yanaşı, bu, Messinin mundiallar tarixində ilk het-triki kimi də yadda qalıb.

J qrupunda Argentina ilə yanaşı Avstriya, İordaniya və Əlcəzair mübarizə aparır. İlk turun ardından cənubi amerikalılar daha yaxşı top fərqi ilə liderliyə yüksəliblər.

DÇ-2026. J qrupu, I tur

Argentina – Əlcəzair – 3:0

Qollar: Messi, 17, 60, 76.

Messi dünya çempionatında tarix yazdı, Avstriya isə qələbə ilə başladı

Arnautoviç oyuna son nöqtəni qoydu

Messi dünya çempionatında tarix yazdı, Avstriya isə qələbə ilə başladı

Qrupun digər görüşündə Avstriya millisi İordaniyanı 3:1 hesabı ilə məğlub edib. Santa-Klaradakı “Levi’s Stadium”da baş tutan qarşılaşma gözlənildiyindən daha çətin keçib və asiyalılar favoritə ciddi müqavimət göstəriblər.

Avstriyalılar hesabı Romano Şmidin qolu ilə açsalar da, ikinci hissənin əvvəlində Əli Əlvan tarazlığı bərpa edib. Matçın taleyi sonradan həll olunub. İordaniya müdafiəçisi Yazan Əl-Ərəbinin avtoqolu Avstriyanı yenidən önə çıxarıb, əlavə vaxtda isə Marko Arnautoviç penaltidən fərqlənərək yekun nəticəni müəyyənləşdirib.

Beləliklə, ilk turun yekununda Argentina və Avstriya hərəyə 3 xal toplasa da, top fərqinə görə qrup cədvəlinə argentinalılar başçılıq edir.

DÇ-2026. J qrupu, I tur

Avstriya – İordaniya – 3:1

Qollar: Şmid, 21, Əl-Ərəbi, 76 (avtoqol), Arnautoviç, 90+12 (pen.) – Əli Əlvan, 50.

Messi dünya çempionatında tarix yazdı, Avstriya isə qələbə ilə başladı

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni