Messi finalda tarix yazdı: 100-cü qol və növbəti kubok

“İnter Mayami” Campeones Cup finalında Meksikanın “Kruz Azul” klubunu 2:0 hesabı ilə məğlub edərək tarixində ilk dəfə bu turnirin qalibi olub. Lionel Messi qarşılaşmanın əsas qəhrəmanına çevrilib.

39 yaşlı argentinalı ulduz matça start heyətində başlayıb və 24-cü dəqiqədə Luis Suaresin ötürməsindən sonra başla fərqlənərək hesabı açıb. Bu, Messinin “İnter Mayami” forması ilə bütün turnirlərdə vurduğu 100-cü qol olub. Maraqlıdır ki, onun ABŞ klubundakı ilk qolu da 2023-cü ildə məhz “Kruz Azul”la görüşdə qeydə alınmışdı.

Messi finalın ən yaxşı oyunçusu seçildi

İkinci hissədə “Kruz Azul” hesabı bərabərləşdirməyə yaxın olsa da, Qabriel Fernandesin baş zərbəsindən sonra top dirəyə dəyib.

81-ci dəqiqədə isə Messi künc zərbəsindən topu cərimə meydançasına göndərib və Kazemiro başla dəqiq oynayaraq yekun hesabı müəyyənləşdirib – 2:0.

Bir qol və bir məhsuldar ötürmə ilə yadda qalan Messi qarşılaşmadan sonra Campeones Cup finalının ən yaxşı oyunçusu seçilib.

“İnter Mayami” ardıcıl dördüncü mövsümdə kubok qazandı

Messinin 100-cü qol həddinə çatması üçün “İnter Mayami”nin heyətində bütün turnirlərdə 115 oyun kifayət edib. Klub argentinalının 2023-cü ildə gəlişindən sonra hər mövsüm ən azı bir titul qazanıb.

Florida təmsilçisi 2023-cü ildə Leagues Cup, 2024-cü ildə Supporters’ Shield, 2025-ci ildə MLS Cup, indi isə 2026-cı ildə Campeones Cup-ın qalibi olub.

“Kruz Azul” üzərində qələbə eyni zamanda “İnter Mayami”nin yeni baş məşqçisi Kristian “Kili” Qonsales üçün əlamətdar olub. Argentinalı mütəxəssis komandanın başında ilk rəsmi matçındaca kubok qazanıb.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni