Avqustun 29-da Londondakı məşhur “O2 Arena”da Queensberry Promotions-un təşkilatçılığı ilə böyük boks gecəsi keçiriləcək. Turnirin əsas qarşılaşmasında ağır çəkidə məğlubiyyətsiz britaniyalı Mozes İtauma ilə xorvatiyalı Filip Hrqoviç üz-üzə gələcək.
Döyüşün əhəmiyyətini artıran əsas məqam vakant IBF dünya çempionluğu kəmərinin ortaya qoyulmasıdır. Kəmər Oleksandr Usikin iyunda ondan imtina etməsindən sonra vakant qalıb. 21 yaşlı İtauma 14 peşəkar döyüşünün hamısını qazanıb və 12 görüşü nokautla başa vurub. Hrqoviçin hesabında isə 20 qələbə və cəmi bir məğlubiyyət var.
İtauma tarixə düşə bilər
İtauma qalib gələcəyi halda ağır çəkidə dünya çempionu olan ən gənc boksçulardan birinə çevriləcək. Britaniyalının qarşısındakı Hrqoviç isə Olimpiya Oyunlarının bürünc medalçısıdır və gənc rəqibinin karyerasındakı ən ciddi sınaqlardan biri hesab olunur.
Gecənin əsas döyüşlərindən biri yüngül çəkidə keçiriləcək. Ukraynalı Denis Berinçik britaniyalı Sem Nouksla qarşılaşacaq. Rəsmi proqramda Konstantin Ursu – Ben Von, Eloys Yumbi – Mayk Peres və digər qarşılaşmalar da yer alıb.
Boks gecəsi avqustun 29-da keçiriləcək, əsas qarşılaşmanın isə gec saatlarda başlaması gözlənilir.
Döyüş gecəsinin faytkardı
- Mozes İtauma (14–0, 12 KO) – Filip Hrqoviç (20–1, 15 KO)
- Denis Berinçik (19–1, 9 KO) – Sem Nouks (18–1, 16 KO)
- Konstantin Ursu (15–0, 6 KO) – Ben Von (12–2, 4 KO)
- Eloys Yumbi (11–1, 9 KO) – Mayk Peres (32–3–1, 22 KO)
- Nelson Hisa (24–0, 22 KO) – Tomas Narmo (14–0, 14 KO)
- Quido Vianello (14–3–1, 12 KO) – Mozes Colli (12–0, 8 KO)
- Toni Körtis (13–1, 3 KO) – İmad Nasib (8–0, 2 KO)
- Arbnor Yaşari (9–0, 3 KO) – Numan Hüseyn (8–1–2, 1 KO)
- Frenki Vud (4–0, 1 KO) – Kallum Li (8–0, 1 KO)
- Sem Kinq (6–0–1, 1 KO) – Cek Svellou (4–12–1, 1 KO)
- Zeyn Əhməd (2–0, 0 KO) – Liam Fitsmoris (0–18, 0 KO)
- Həsən İshaq (3–0, 3 KO) – Enzo Baiano Munyos (4–16–4, 2 KO)
İtauma – Hrqoviç qarşılaşmasının qalibi təkcə IBF kəmərini əldə etməyəcək. Frank Sançesin ilk titul müdafiəsində qaliblə qarşılaşması barədə razılıq əldə olunub. Bu səbəbdən London döyüşü ağır çəki divizionunda növbəti böyük qarşılaşmaların formalaşmasına da ciddi təsir göstərə bilər.





