NBA Draft 2026: Dibança ilk seçim oldu, yeni basketbol ulduzları müəyyənləşdi

ABŞ-ın Bruklin şəhərində yerləşən Barclays Center arenasında NBA Draft 2026-nın ilk raundu keçirilib. Dünyanın ən güclü basketbol liqasına yeni oyunçuların qatıldığı ənənəvi seçim mərasimində komandalar gələcək planları üçün vacib addımlar atıblar.

Draftın bir nömrəli seçimi Vaşinqton klubuna məxsus olub. Komanda BYU universitetinin yetirməsi E. C. Dibançanı heyətinə qatıb. İkinci sırada Yuta Darrin Pitersonu seçib. Üçüncü pillədə isə Memfis Kemeron Buzeri heyətinə cəlb edib. Kemeronun atası Karlos Buzer vaxtilə ABŞ millisinin heyətində Olimpiya çempionu olub və iki dəfə NBA All-Star matçında iştirak edib.

NBA Draft 2026 – I raundun nəticələri

  1. E. C. Dibança (Vaşinqton)
  2. Darrin Piterson (Yuta)
  3. Kemeron Buzer (Memfis)
  4. Kaleb Uilson (Çikaqo)
  5. Kiton Voqler (Los-Anceles Klippers)
  6. Mikel Braun (Bruklin)
  7. Darius Eykaf (Sakramento)
  8. Kinqston Fleminqs (Atlanta)
  9. Morez Conson (Dallas)
  10. Brayden Berris (Miluoki)
  11. Yaksel Lendeborq (Qolden Steyt)
  12. Aday Mara (Oklahoma Siti)
  13. Neyt Ayment (Miluoki)
  14. Hannes Ştaynbax (Şarlott)
  15. Deylin Sueyn (Çikaqo)
  16. Bennet Ştirts (Memfis)
  17. Ebuka Okori (Detroyt)
  18. Kristian Anderson (Şarlott)
  19. Allen Qreyvz (Toronto)
  20. Ceyden Kuayntens (San Antonio)
  21. Karim Lopes (Memfis)
  22. Labaron Faylon (Filadelfiya)
  23. Zubi Ecyofor (Atlanta)
  24. Kemeron Karr (Los-Anceles Leykers)
  25. Serxio De Larrea (Nyu-York Niks)
  26. Tarris Rid (San Antonio)
  27. Kris Senak (Boston)
  28. Coşua Cefferson (Bruklin)
  29. Aleks Karaban (Sakramento)
  30. Koa Pit (Finiks)
NBA Draft 2026: Dibança ilk seçim oldu, yeni basketbol ulduzları müəyyənləşdi
NBA Draft 2026: Dibança ilk seçim oldu, yeni basketbol ulduzları müəyyənləşdi

Bu səbəbdən Memfis, Miluoki və Bruklin kimi komandalar ilk raundda birdən çox basketbolçu seçmək imkanı qazanıblar. Draftın ikinci raundunun iyunun 25-nə keçən gecə keçirilməsi nəzərdə tutulur.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni