NBA final seriyasının dördüncü oyununda azarkeşlər möhtəşəm qarşılaşmaya şahidlik ediblər. Nyu-York “Niks” öz meydanında San-Antonio “Spers”i 107:106 hesabı ilə məğlub edərək seriyada üstünlüyünü 3:1-ə çatdırıb.
Oyuna çox inamlı başlayan San-Antonio ilk yarıda rəqibinə demək olar ki, şans verməyib. Qonaqlar ikinci rübdə üstünlüyü 29 xala qədər artıraraq matça nəzarəti tam ələ alıblar. Böyük fasiləyə komandalar 76:49 hesabı ilə yollanıblar və çoxları oyunun taleyinin həll olunduğunu düşünürdü.
Niks tarix yazdı
Lakin üçüncü hissədən etibarən mənzərə dəyişməyə başlayıb. Nyu-York əvvəlcə fərqi azaltmağa nail olub, son rübdə isə 20:4-lük möhtəşəm seriya ilə oyuna tam qayıdıb. Qarşılaşmanın son saniyələrində gərginlik pik həddə çatıb.
San-Antonionun heyətində Kastl bitimə 31 saniyə qalmış iki cərimə atışını dəqiq yerinə yetirərək komandasını önə çıxarsa da, son söz Nyu-Yorka məxsus olub. OG Anunobi görüşün bitməsinə cəmi 2 saniyə qalmış həlledici atışı səbətə göndərərək komandasına qələbə qazandırıb.
Bu nəticə ilə “Niks” NBA finalları tarixində 29 xal geridən gələrək qalib gələn ilk komanda kimi rekord müəyyənləşdirib və çempionluq üçün cəmi bir qələbə məsafəsindədir.
NBA. Pley-off. Final, 4-cü oyun
Nyu-York – San-Antonio – 107:106
(22:41, 27:35, 26:14, 32:16)
Nyu-York: Branson (36 xal + 5 ribaund + 7 assist), Anunobi (33+4+1), Tauns (13+10+2), Alvarado (8+2+3), Bricses (7+2+2), Hart (6+8+6), Klarkson (2+1 ribaund), Robinson (2+5+1), Şemet (2 ribaund + 1 assist), Hukporti (0), Makbrayd (0), Soxan (0).
San-Antonio: Vembanyama (24+13+1), Harper (21+4+3), Vassell (18+5+4), Foks (18+5+7), Kastl (13+5+5), Şampeni (5+5+3), Brayant (5+1 ribaund), Conson (2+4+1), Kornet (0).
Seriyada hesab 3:1




