NBA-də pley-in mərhələsinin ilk oyunları keçirilib və artıq bəzi komandaların taleyi müəyyənləşib. Şərq və Qərb konfranslarında baş tutan qarşılaşmalar gərgin mübarizə ilə yadda qalıb.
Şərq konfransında “Şarlott” uzatma dəqiqələrində “Mayami” üzərində çətin qələbə qazanıb. Bu nəticə ilə “Hornets” növbəti mərhələdə “Filadelfiya” – “Orlando” cütünün məğlubu ilə qarşılaşacaq. “Hit” isə mübarizəni dayandırıb.
Qərbdə isə “Portlend” “Finiks”i məğlub edərək birbaşa pley-offa vəsiqə qazanıb. Komanda ilk raundda “San-Antonio” ilə üz-üzə gələcək. “Sanz” isə şansını qorumaq üçün “Klipperlər” – “Qolden Steyt” cütünün qalibi ilə oynayacaq.
NBA Play-In-in 14 aprel nəticələri
Şarlott – Mayami 127:126 OT (26:24, 26:30, 37:29, 25:31, 13:12)
- Şarlott: Boll (30 + 10 asist), Brics (28 + 9 ribaund), Miller (23), Diabate (8 + 14 ribaund), Knippel (6) – start; Uayt (19), Kolkbrener (6), G.Uilyams (5), Ceyms (2), Qrin (0).
- Mayami: Mitçell (28 + 6 asist), Uiggins (27 + 7 ribaund), Hirro (23 + 6 asist), Ueyr (12 + 19 ribaund + 5 blok), Adebayo (6) – start; Hakes (13 + 8 asist), Pauell (11), Larsson (6), Fontekkio (0).
Finiks – Portlend 110:114 (33:31, 29:34, 20:18, 28:31)
- Finiks: Qrin (35 + 5 top itkisi), Buker (22), Bruks (20 + 7 ribaund), Qudvin (12), Uilyams (4) – start; O’Nil (7 + 8 ribaund), Gillespi (5), İqodaro (3 + 6 asist), Dann (2).
- Portlend: Avdiya (41 + 7 ribaund + 12 asist + 5 top itkisi), Hollidey (21), Henderson (9), Kamara (8), Klinqan (2 + 11 ribaund) – start; Qrant (16), Şarp (12), Taybull (3), R.Uilyams (2 + 7 ribaund), Mürrey (0).



