NBA pley-offu: “Atlanta” dramatik qələbə qazandı, “Minnesota” “Denver”i məğlub etdi

NBA-da pley-off mərhələsi bütün sürəti ilə davam edir. Aprelin 24-nə keçən gecə baş tutan oyun günündə birinci raund çərçivəsində üç maraqlı qarşılaşma keçirilib və bir sıra gərgin nəticələr qeydə alınıb.

Gecənin ən dramatik oyunu Atlantada baş tutub. “Hawks” son saniyələrə qədər davam edən mübarizədə “New York” üzərində minimal fərqlə qalib gəlib. Digər matçlarda isə “Toronto” inamlı oyun sərgiləyib, “Minnesota” isə “Denver” üzərində üstün olub.

NBA play-off nəticələri 23 aprel

Atlanta – Nyu-York 109:108 (33:21, 25:29, 30:30, 21:28)

Atlanta: Conson (24 + 10 ribaund + 8 assist), Makkollum (23), Aleksander-Uoker (14), Okonqvu (9 + 7 ribaund), Deniels (8 + 13 ribaund + 6 assist + 5 top itkisi) – start; Kuminga (21), Vinsent (5), Qiye (5), Kispert (0).

Nyu-York: Anunobi (29 + 9 ribaund), Branson (26), Tauns (21 + 17 ribaund), Hart (2 + 9 ribaund + 6 assist), Brices (0) – start; Makbrayd (15), Klarkson (8), Alvarado (5), Robinson (2), Şemet (0).

Seriyada hesab: 2-1

Toronto – Klivlend 126:104 (31:25, 23:29, 29:27, 43:23)

Toronto: Barrett (33), Barns (33 + 11 assist), İnqrem (12), Pöltl (8), Uolter (0) – start; Mürrey-Boyls (22 + 8 ribaund), Bettl (14), Şed (2 + 5 top oğurlama), Mobo (2), Templ (0), Dik (0), Mamukelaşvili (0), Cekson-Devis (0), Louson (0).

Klivlend: Harden (18 + 8 top itkisi), Mitçell (15), E. Mobli (15 + 7 assist), Allen (12), Ueyd (5) – start; Strus (15), Tayson (13), Şröder (3), Merrill (3), Brayant (3), Proktor (2), Ellis (0), Porter (0), Nens (0), Tomlin (0).

Seriyada hesab: 1-2

Minnesota – Denver 113:96 (25:11, 36:28, 27:29, 25:28)

Minnesota: MakDeniels (20 + 10 ribaund), Edvards (17), Divinçenzo (15 + 7 assist), Rendl (15), Qober (10 + 12 ribaund) – start; Dosunmu (25 + 9 assist), Haylend (6), Rid (5), İngls (0), Fillips (0), Beranje (0), Anderson (0), Konli (0).

Denver: Yokiç (27 + 15 ribaund), C. Mürrey (16), Cons (6), K. Conson (6), K. Braun (2) – start; Harduey (11), Nnaji (10), B. Braun (9), Stroter (6), Cons (2), Pikett (1), Holms (0).

Seriyada hesab: 2-1

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni