NBA-də növbəti oyun günü çərçivəsində pley-off mərhələsinin ikinci raundunda daha bir qarşılaşma keçirilib.
Mayın 14-nə keçən gecə baş tutan oyunda Detroyt Pistons öz meydanında Klivlend Kavalers ilə üz-üzə gəlib və əlavə vaxtda məğlub olub. Görüş son dərəcə gərgin keçib və əsas vaxtın son saniyələrində hesab bərabərləşdiyi üçün qalib yalnız əlavə hissədə müəyyənləşib.
Ev sahibləri ilk yarıda üstün oyun nümayiş etdirsə də, üçüncü hissədə Klivlend oyuna nəzarəti ələ alıb. Son periodda Detroyt yenidən təşəbbüsü ələ keçirsə də, əlavə vaxtda qonaqlar daha dəqiq oynayaraq qələbəni təmin ediblər.
NBA pley-off matçlarının 13 may tarixli nəticələri
Detroyt – Klivlend – 113:117 OT
(29:27, 31:25, 20:32, 23:19, 10:14)
Detroyt: Kanningem (39 + 7 ribaund + 9 assist + 6 itki), Cenkins (19), Harris (13), Düren (9), Tompson (6 + 7 ribaund) — start; Rid (10 + 8 ribaund), Stüart (8), Lever (7), Sasser (2), Hərter (0).
Klivlend: Harden (30 + 8 ribaund + 6 assist + 6 itki), Mitçell (21), E. Mobli (19 + 8 ribaund + 8 assist), Allen (16 + 10 ribaund), Ueyd (0) — start; Strus (20 + 8 ribaund), Merril (6), Şröder (5), Tayzon (0).
Seriyada hesab — 2-3




