NBA-də pley-off mərhələsinin növbəti oyun günündə iki maraqlı qarşılaşma baş tutub. “Nyu-York Niks” səfərdə “Filadelfiya”ya böyük hesabla qalib gələrək seriyanı quru hesabla başa vurub. Günün digər matçında isə “Minnesota Timbervulvz” “San Antonio” üzərində vacib qələbə qazanaraq seriyada tarazlıq yaradıb.
“Nyu-York” bu mövsüm Şərq Konfransında ən stabil çıxış edən komandalardan biri olduğunu bir daha nümayiş etdirib. Komanda dördüncü oyunda rəqibinə heç bir şans verməyərək növbəti mərhələyə yüksəlib.
NBA pley-off-un 10 may tarixli nəticələri
“Filadelfiya” – “Nyu-York” 114:144
(24:43, 33:38, 26:41, 31:22)
“Filadelfiya”: Embiid (24), Maksi (17), Ubre (10), Edjkom (8 + 7 assist), Corc (7) – start heyəti;
Terri (9), Edvards (8), Bona (7), Brum (7), Qrayms (6), Barlou (5), Drammond (4), Uotford (2), Uoker (0).
“Nyu-York”: Makbrayd (25), Branson (22 + 6 assist), Hart (17 + 9 ribaund), Tauns (17 + 10 assist), Bridces (12 + 6 assist) – start heyəti;
Şamet (12), Klarkson (7), Alvarado (7), Robinson (6), Hukporti (5), Soxan (5), Dadye (5), Kolek (4), Diavara (0).
Seriyanın hesabı: 0-4
“Minnesota” – “San Antonio” 114:109
(34:30, 26:26, 20:28, 34:25)
“Minnesota”: Edvards (36), Makdeniels (14), Rendl (12 + 8 ribaund + 6 top itkisi), Qober (11 + 13 ribaund), Dosunmu (10) – start heyəti;
Rid (15 + 9 ribaund), Konli (8), Şennon (8).
“San Antonio”: Foks (24), Kastl (20), Vassell (14), Şampeni (8), Vembanyama (4) – start heyəti;
Harper (24 + 7 ribaund), Kornet (7 + 9 ribaund), K. Conson (4), Brayan (2), Barns (2).
Seriyanın hesabı: 2-2



