NBA-də pley-off mərhələsinin ilk raundu çərçivəsində növbəti oyun gecəsi keçirilib. Aprelin 23-nə keçən gecə iki qarşılaşma baş tutub və hər iki matç seriyaların gedişinə ciddi təsir göstərib.
Gecənin diqqətçəkən məqamlarından biri “Oklahoma Siti”nin ardıcıl ikinci qələbəsi, eləcə də “Detroyt”un “Orlando”ya qarşı uğurlu çıxışı olub.
NBA play-off nəticələri 22 aprel
Detroyt — Orlando — 98:83
(25:21, 21:25, 38:16, 14:21)
Detroyt: Kaningem (27 + 11 assist + 7 top itkisi), Harris (16 + 11 ribaund), Tompson (11 + 8 ribaund), Dyuren (11 + 9 ribaund), D. Robinson (10) – start; Styuart (10), Cenkins (4), LeVert (4), Herter (3), Qrin (2).
Orlando: Saqqs (19), Bankerо (18 + 8 assist), Beyn (12), F. Vaqner (12 + 7 ribaund), Karter (3) – start; Riçardson (6), Blek (5), Bitadze (3), da Silva (3), Keyn (2).
Seriyada hesab: 1-1
Oklahoma — Finiks — 120:107
(30:29, 35:28, 35:20, 20:30)
Oklahoma: Gildjes-Aleksander (37 + 9 assist), Holmgren (19 + 8 ribaund + 4 blok), Ceylen Uilyams (19), Dort (9), Hartenştayn (9 + 10 ribaund) – start; Mitçell (14), Karuzo (7), Co (6).
Finiks: Bruks (30), Buker (22 + 7 ribaund + 5 top itkisi), Qrin (21 + 7 top itkisi), Gillespi (7 + 6 assist), İqodaro (7 + 8 ribaund) – start; O’Nil (16 + 9 ribaund), Maluaç (4).
Seriyada hesab: 2-0



