Formula 1 üzrə 2026-cı il dünya çempionatının 12-ci mərhələsi Niderlandda keçirilir. Zandvort trasında təşkil olunan yarış həftəsonu avqustun 21-dən 23-dək davam edəcək.
2026-cı il mövsümü martın 6-8-də Avstraliya Qran-prisi ilə başlayıb və dekabrın 4-6-da Əbu-Dabidə, Yas Marina trasında başa çatacaq. Komandalar Konstruktorlar Kuboku, pilotlar isə fərdi dünya çempionluğu uğrunda mübarizə aparırlar.
Mövsümə son Konstruktorlar Kubokunun sahibi kimi “McLaren” başlayıb. Komandanın Formula 1 tarixində ümumilikdə 9 Konstruktorlar Kuboku var. Son dünya çempionu isə ilk titulunu qazanan Lando Norrisdir.
Tras və statistika
Niderland Qran-prisinin tarixi 1948-ci ildən başlayır. Yarış Formula 1 dünya çempionatının təqviminə 1952-ci ildə daxil edilib və ilk F1 yarışında “Ferrari” pilotu Alberto Askari qalib gəlib.
Qran-prinin tarixində bir neçə uzun və qısa fasilə olub. Yarış 1954, 1956-1957 və 1972-ci illərdə keçirilməyib, 1985-ci ildən sonra isə uzun müddət Formula 1 təqvimindən kənarda qalıb.
Niderland Qran-prisi ənənəvi olaraq Zandvort avtodromunda təşkil edilir. Yarışın 2020-ci ildə Formula 1-ə qayıtması nəzərdə tutulsa da, COVID-19 pandemiyası buna imkan verməyib. Nəticədə Zandvort dünya çempionatına 2021-ci ildə geri dönüb.
Bu Qran-pridə ən çox qələbə qazanan pilot Cim Klarkdır. Britaniyalı əfsanə Zandvortda dörd dəfə birinci olub. Konstruktorlar arasında isə rekord “Ferrari”yə məxsusdur.
Trasın bir dövrəsinin uzunluğu 4,259 kilometrdir. Əsas yarış 72 dövrədən ibarətdir və pilotlar ümumilikdə təxminən 306,6 kilometr məsafə qət edirlər.
Niderland Qran-prisi-2026: proqram və nəticələr
Cümə, 21 avqust
- Birinci sərbəst yürüş: Kimi Antonelli birinci, Lando Norris ikinci, Corc Rassell üçüncü
- 18:30 – Sprint sıralanma turu
Şənbə, 22 avqust
- 14:00 – Sprint
- 18:00 – Sıralanma turu
Bazar, 23 avqust
- 17:00 – Yarış
Beləliklə, cümə günü sərbəst yürüş və sprint sıralanması ilə başlayan Zandvort həftəsonunda şənbə sprint yarışı və əsas sıralanma turuna, bazar günü isə Niderland Qran-prisinin əsas yarışına həsr olunacaq.



