“Nyu-York” Klivlendi darmadağın edib NBA finalına yüksəldi

NBA pley-off mərhələsində Şərq Konfransının final seriyası vaxtından əvvəl başa çatıb. “Nyu-York Niks” səfərdə “Klivlend Kavalyers” üzərində inamlı qələbə qazanaraq seriyanı “süpürüb” və adını finala yazdırıb.

Komanda dördüncü qarşılaşmada rəqibini 130:93 hesabı ilə məğlub edib. Bununla da Nyu-York təmsilçisi seriyada ümumi hesabı 4-0 edərək uzun fasilədən sonra NBA finalına vəsiqə qazanıb.

“Niks” oyunun əvvəlindən üstün oldu

Qarşılaşmanın ilk dəqiqələrindən təşəbbüsü ələ alan qonaqlar həm müdafiədə, həm də hücumda rəqibindən üstün görünürdü. İlk hissəni 68:49 hesabı ilə öndə tamamlayan “Niks” fasilədən sonra da tempini aşağı salmayıb.

“Klivlend”də ən məhsuldar basketbolçu Donovan Mitçell olub. O, 31 xal toplasa da, komandasını ağır məğlubiyyətdən xilas edə bilməyib. “Nyu-York”da isə Karl-Entoni Tauns dubl-dabl edərək 19 xal və 14 ribaundla seçilib.

NBA pley-offu 25 may

“Klivlend” – “Nyu-York” 93:130

(26:38, 23:30, 22:30, 22:32)

“Klivlend”: Mitçell (31), E.Mobli (15 + 7 ribaund), Harden (12 + 5 top itkisi), Allen (6), Strus (5) – старт; Brayant (10), Ellis (5), Merrill (5), Tayson (2), Tomlin (2), Ueyd (0), Porter (0), Proktor (0).

“Nyu-York”: Tauns (19 + 14 ribaund), Anunobi (17 + 7 ribaund), Branson (15), Brices (15), Hart (6 + 11 ribaund + 6 ötürmə) – старт; Şamet (16), Makbrayd (11), Robinson (8 + 10 ribaund), Kolek (8), Dadye (6), Alvarado (4), Klarkson (3), Hukporti (2), Diavara (0).

Seriyada hesab: 0-4

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni