Azərbaycan MMA-sı üçün əlamətdar qarşılaşmalardan biri yaxınlaşır. Məğlubiyyətsiz seriyası ilə diqqət çəkən Elbək Alyuşov ONE Championship təşkilatında dünya çempionluğu uğrunda döyüşmək imkanı qazanıb.
Bantamveyt çəki dərəcəsində çıxış edən Azərbaycan təmsilçisi iyulun 31-də təşkilatın hazırkı dünya çempionu B.Enx-Orqillə üz-üzə gələcək. Alyuşov peşəkar karyerasında keçirdiyi 10 döyüşün hamısında qələbə qazanaraq titul görüşünə vəsiqə əldə edib.
Qarşılaşma Tailandın paytaxtı Banqkokda yerləşən məşhur Lumpini stadionunda baş tutacaq. Döyüş gecəsi ONE Championship-in ilin ən çox maraq doğuran tədbirlərindən biri hesab olunur.
Çempionluq döyüşünün vaxtı açıqlandı
Titul döyüşünün yer aldığı gecə Azərbaycan vaxtı ilə saat 15:30-da (Banqkok vaxtı ilə 18:30) başlayacaq. Elbək Alyuşovun qələbə qazanacağı halda ONE Championship-də dünya çempionu tituluna yiyələnən ilk azərbaycanlı döyüşçülərdən biri kimi tarixə düşmək şansı olacaq. Buna görə də döyüş həm yerli azarkeşlər, həm də döyüş idmanları həvəskarları tərəfindən böyük maraqla gözlənilir.




