Qassiyevin növbəti rəqibi rəsmən müəyyənləşdi: WBA kəməri uğrunda döyüş keçiriləcək

Ağır çəkidə WBA dünya çempionu Murat Qassiyevin növbəti titul döyüşü rəsmən təsdiqlənib. O, iyulun 11-də almaniyalı Peter Kadiru ilə üz-üzə gələcək.

Əvvəlcə Qassiyevin fransalı Toni Yoka ilə döyüşməsi planlaşdırılırdı. Lakin Yoka hazırlıq zamanı bel nahiyəsindən zədələndiyi üçün qarşılaşmadan imtina edib və onun yerini son anda Peter Kadiru tutub.

Maraqlıdır ki, Peter Kadiru hazırda WBA-nın ağır çəki reytinqinin ilk “15-liy”ində yer almır. Buna baxmayaraq, o, son anda dünya çempionluğu uğrunda döyüşmək imkanı əldə edib.

Bu, Murat Qassiyevin WBA çempionu kimi ilk titul müdafiəsi olacaq. Xatırladaq ki, rusiyalı boksçu Aleksandr Usikin çempionluq kəmərindən imtina etməsindən sonra WBA versiyası üzrə dünya çempionu elan olunub.

Qassiyev peşəkar rinqdə indiyədək 33-26-2, Peter Kadiru isə 23-13-1 göstəricisinə malikdir.

İyulun 11-də keçiriləcək qarşılaşmanın qalibi WBA-nın ağır çəki üzrə dünya çempionu titulunu qoruyacaq.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni