Kaliforniyada keçiriləcək qarşılaşmanın nəticəsi komandaların qrupdakı yekun mövqeyinə təsir etməyəcək: türklər istənilən halda dördüncü, amerikalılar isə birinci yeri tutacaqlar. Lakin 1xBet Azərbaycan qarşıdakı matçda müştərilərinin marağını necə cəlb etməyi yaxşı bilir.
Türklər turnirlə vidalaşırlar
Vinçentso Montella və onun yetirmələri «Favorit ola-ola autsayderə ardıcıl iki dəfə necə uduzmaq olar?» mövzusunda ustad dərsi keçə bilərlər. Şimali Amerikada keçirilən dünya futbol forumunda Türkiyə millisi əsas oyun göstəricilərində böyük üstünlüyə malik olmasına baxmayaraq, Avstraliya (0:2) və Paraqvay (0:1) millilərinə qol vura bilmədən məğlub olub.
Xüsusilə Cənubi Amerika təmsilçisinə qarşı oyun çox göstərici oldu. Paraqvay millisi hesabı artıq 64-cü saniyədə açdı, fasiləyə az qalmış isə meydanda on nəfərlə qaldı. Lakin Ay-Ulduzlular say üstünlüyündən yararlana bilmədilər və 2.17 səviyyəsində olan xG göstəricisi heç bir qolun vurulması ilə nəticələnmədi.
Reqlamentə əsasən, komandalar eyni sayda xal topladıqda ilk növbədə onların şəxsi görüşlərinin nəticələri müqayisə olunur. Buna görə də türklər amerikalıları ən fantastik hesabla məğlub etsələr belə, turnir cədvəlində Avstraliya və Paraqvayı qabaqlaya bilməyəcəklər.
Amerikalılar qrupu vaxtından əvvəl qazandılar
Ekspertlər ABŞ millisini ilk iki oyunun favoriti hesab edirdilər və qlobal turnirin ev sahiblərindən biri olan komanda hər iki halda gözləntiləri doğrultdu. Maurisio Poçettinonun komandası Paraqvay millisinə qarşı oyunda tam üstünlük nümayiş etdirdi ki, bu da yekun hesabda öz əksini tapdı – 4:1.Avstraliya ilə qarşılaşmada isə ABŞ millisi ustalıq hesabına 2:0 hesablı qələbə qazandı, Socceroos-un 11-ci dəqiqədə vurduğu avtoqol isə sadəcə bu prosesin katalizatoru oldu. Amerikalılar qrup mərhələsinin başa çatmasına bir tur qalmış pley-offa qrup lideri kimi vəsiqə qazandılar.
İntriqadan əsər-əlamət qalmadı
ABŞ millisi turnirin ev sahibi ölkələrindən biri olduğu üçün püşkatma zamanı birinci səbətə daxil edilmişdi. Bunun sayəsində amerikalılar qrup mərhələsində güclü rəqiblərlə qarşılaşmaqdan yayınmışdılar.
Türkiyə millisi Şimali Amerikaya Kenan Yıldız (Yuventus), Arda Güler (Real Madrid) və Hakan Çalhanoğlunu (İnter) aparmışdı. D qrupunun digər iştirakçıları belə yüksək səviyyəli ulduz futbolçuların cəmləşdiyi heyətlə öyünə bilmirdilər.
Bu qrupda Paraqvay və Avstraliya millilərinə ikinci dərəcəli rol verilirdi. Buna görə də əvvəlcədən Türkiyə – ABŞ oyunu son turda qrup birinciliyi uğrunda potensial qarşıdurma kimi görünürdü. Lakin iyunun 26-da Los Angeles Stadium-da Türkiyə millisi yalnız nüfuzu uğrunda mübarizə aparacaq.Final fitindən sonra türk futbolçular yay tətilinə yollanacaqlar, amerikalılar isə artıq bir neçə gündür ki, fikrən 1/16 final mərhələsindədirlər.
Bəs bu matç niyə maraqlıdır?
Turnir motivasiyasının olmamasını nəzərə alsaq, Maurisio Poçettino meydana eksperimental heyət buraxa bilər, əsas oyunçular isə daha çox dincəlmək və bərpa olunmaq imkanı əldə edəcəklər. Ehtiyat futbolçuların özlərini göstərmək istəyəcəkləri şübhəsizdir. Avstraliya ilə oyunu zədə səbəbindən buraxan ABŞ millisinin lideri Kristian Pulişiç də lazımi oyun təcrübəsi qazanmaq üçün meydanda müəyyən dəqiqələr ala bilər.
Türkiyə millisinin futbolçuları əvvəlki iki oyunda rəqib qapısı istiqamətində 62 zərbə endiriblər ki, bu da komandanın hücumameyilli oyun tərzinin aydın göstəricisidir. Belə böyük reallaşdırılmamış potensiala malik komandanın yenidən qol vurmadan meydanı tərk edəcəyini təsəvvür etmək olduqca çətindir.
Nəticənin heç bir turnir əhəmiyyəti daşımadığı hallarda komandalar çox vaxt hücumda daha cəsarətli oynayır, müdafiədəki səhvlər isə kritik hesab edilmir. Böyük ehtimalla, tribunadakı azarkeşlər və ekran qarşısındakı tamaşaçılar turnir motivasiyasından məhrum olsa da, parlaq və baxımlı bir matçın şahidi olacaqlar.
Kombinə edilmiş mərclərin zəngin seçimi 1xBet haqqinda rəylərdə tez-tez qeyd olunan üstünlüklərdən biridir. 1.91 əmsallı «Hər iki komanda qol vuracaq (bəli) + toplam qol sayı 2,5-dən çox» variantı Türkiyə – ABŞ matçını izləmək üçün kifayət qədər maraqlı seçimdir.
Əsas nəticələr üzrə əmsallar isə belədir: P1 – 3.60, Х – 4.25, P2 – 1.99.




