UEFA Millətlər Liqasında püşk atılır: Azərbaycan yığmasının rəqibləri axşam müəyyənləşəcək

Azərbaycan millisinin UEFA Millətlər Liqasının yeni mövsümündə qarşılaşacağı rəqiblər bu gün keçiriləcək püşkatmada müəyyənləşəcək.

Brüsseldə təşkil olunacaq mərasim Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Baş məşqçi Ayxan Abbasovun rəhbərlik etdiyi Azərbaycan milli futbol komandası D Liqasının 1-ci səbətində yer alır və bu səbət üzrə digər komandalarla birlikdə iki qrupun formalaşmasına təsir göstərəcək.

Hər qrupda üç yığma mübarizə aparacaq və komandalar ev–səfər prinsipi ilə ümumilikdə dörd qarşılaşma keçirəcəklər. D Liqasında yer alacaq son iki komanda isə mart ayında baş tutacaq pley-off oyunlarının nəticələrinə əsasən müəyyənləşəcək. Reytinq sıralaması da səbət bölgüsünə təsir göstərəcək: pley-offda uduzan komanda 49–52-ci yerlərdən birində qalsa, birinci səbətdə qalacaq; 53 və ya 54-cü yeri tutarsa, ikinci səbətə düşəcək.

2026/27 mövsümündə UEFA Millətlər Liqası aşağıdakı səbətlər üzrə təşkil olunacaq:

A Liqası

  • 1-ci səbət: Portuqaliya, İspaniya, Fransa, Almaniya
  • 2-ci səbət: İtaliya, Niderland, Danimarka, Xorvatiya
  • 3-cü səbət: Serbiya, Belçika, İngiltərə, Norveç
  • 4-cü səbət: Uels, Çexiya, Yunanıstan, Türkiyə

B Liqası

  • 1-ci səbət: Şotlandiya, Macarıstan, Polşa, İsrail
  • 2-ci səbət: İsveçrə, Bosniya və Herseqovina, Avstriya, Ukrayna
  • 3-cü səbət: Sloveniya, Gürcüstan, İrlandiya, Rumıniya
  • 4-cü səbət: İsveç, Şimali Makedoniya, Şimali İrlandiya, Kosovo

C Liqası

  • 1-ci səbət: İslandiya, Albaniya, Monteneqro, Qazaxıstan
  • 2-ci səbət: Finlandiya, Slovakiya, Bolqarıstan, Ermənistan
  • 3-cü səbət: Belarus, Farer adaları, Kipr, Estoniya
  • 4-cü səbət: Latviya/Cəbəllütariq qalibi, Lüksemburq/Malta qalibi, Moldova, San Marino

D Liqası

  • 1-ci səbət: Azərbaycan, Litva, Latviya/Cəbəllütariq məğlubu, Lüksemburq/Malta məğlubu
  • 2-ci səbət: Lixtenşteyn, Andorra

Yeni mövsümə sentyabrın 24-də start veriləcək. Qrup mərhələsi noyabrda yekunlaşacaq, turnirin final mərhələsi isə 2027-ci ilin iyununda keçiriləcək.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni