Bakıda keçiriləcək UFC Fight Night: Fiziev vs. Torres turnirinə sayılı saatlar qalmış döyüşçülər rəsmi çəkiölçmə prosedurundan keçiblər. Bütün əsas və ilkin kart iştirakçıları müəyyən olunmuş çəki limitlərinə uyğun nəticə göstəriblər və iyunun 27-də Milli Gimnastika Arenasında keçiriləcək görüşlər üçün yaşıl işıq yandırılıb.
Turnirin rəsmi proqramına əsasən, təntənəli çəkiölçmə və üz-üzə baxış mərasimi bu gün saat 17:00-da eyni arenada baş tutacaq və azarkeşlər tədbiri ödənişsiz izləyə biləcəklər.
Rəsmi çəkiölçmənin nəticələri
İlkin kart
- Tahir Abdullayev – Cefferson Nasimento: 77,3 kq – 77,6 kq
- Bekzat Almaxan – Jan Matsumoto: 59,2 kq – 59,2 kq
- Daniil Donçenko – Teodor Bergqren: 77,3 kq – 77,6 kq
- Kaan Ofli – Xavyer Reyes: 66,2 kq – 66,2 kq
- Nursulton Ruziboyev – Andrey Pulyaev: 84,4 kq – 84,4 kq
- Abdul Rahman Yahyaev – Culius Volker: 93,4 kq – 93,0 kq
- Fərman Həsənov – Erik Nolan: 77,3 kq – 77,3 kq
Əsas kart
- Abus Maqomedov – Miçal Olekseyçuk: 84,1 kq – 84,4 kq
- İkram Aliskerov – Brunno Ferreyra: 84,4 kq – 83,9 kq
- Asu Almabayev – Çarlz Conson: 57,2 kq – 56,7 kq
- Nazim Sadıxov – Mateus Kamilo: 70,8 kq – 70,8 kq
- Şarabutdin Maqomedov – Miçel Pereyra: 84,1 kq – 84,1 kq
- Rafael Fiziyev – Manuel Torres: 70,76 kq – 70,76 kq
Bakıda keçiriləcək gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev yüngül çəkidə meksikalı Manuel Torreslə üz-üzə gələcək.
Digər maraqlı qarşılaşmalarda Nazim Sadıxov braziliyalı Mateus Kamilo ilə, Tahir Abdullayev isə həmyerlisi Cefferson Nasimento ilə qüvvəsini sınayacaq. Turnirin bütün iştirakçılarının çəki limitinə uyğun nəticə göstərməsi döyüşlərin planlaşdırıldığı kimi baş tutacağını təsdiqləyib.




