İspaniyanın “Valensiya” klubu heyətini perspektivli futbolçu ilə gücləndirib. La Liqa təmsilçisi Yaponiya millisinin 19 yaşlı yarımmüdafiəçisi Rüyunosuke Satonun transferini rəsmən açıqlayıb. Klubun yaydığı məlumata əsasən, gənc futbolçu ilə uzunmüddətli müqavilə imzalanıb və o, yeni mövsümdən etibarən “yarasalar”ın formasını geyinəcək.
Beşillik müqavilə və klub tarixində ilk
“Valensiya” Rüyunosuke Sato ilə 2031-ci ilin yayına qədər, yəni beş illik müqavilə bağlayıb. Bununla da yaponiyalı yarımmüdafiəçi klub tarixində La Liqada çıxış edəcək ilk Yaponiya futbolçusu kimi tarixə düşüb.
Sato futbol karyerasına “FC Tokyo” akademiyasında başlayıb və 16 yaşında əsas komandada debüt edərək klub tarixinin ən gənc oyunçularından biri olub. Ötən mövsüm icarə əsasında “Fagiano Okayama”da çıxış edən yarımmüdafiəçi göstərdiyi performansla diqqət çəkib, daha sonra yenidən “FC Tokyo”ya qayıdaraq yüksək səviyyəli oyununu davam etdirib.
Rüyunosuke Sato son illərdə Yaponiya futbolunun ən perspektivli gənc oyunçularından biri hesab olunur. O, ölkəsinin müxtəlif yaş qrupları üzrə yığmalarında çıxış edib, daha sonra əsas milli komandaya da dəvət alıb.




