Xızıda şose velosipedi üzrə ölkə çempionları müəyyənləşdi

Xızı rayonunda Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən şose velosipedi üzrə Azərbaycan çempionatının qrup ötüşməsi yarışlarına yekun vurulub. Çətin dağ marşrutu və gərgin rəqabət şəraitində keçirilən yarışlarda müxtəlif yaş kateqoriyalarında ölkənin ən güclü velosipedçiləri müəyyən edilib.

Yarışlar dörd yaş kateqoriyası üzrə təşkil olunub. Gənc oğlanların 96 kilometrlik mübarizəsində Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbinin təmsilçisi Nihad Xudoyev finiş xəttini hamıdan əvvəl keçərək Azərbaycan çempionu adına layiq görülüb. Həmin məktəbin idmançısı Məryəm Hüseynova isə U-17 qızların 40 kilometrlik yarışında qızıl medalı qazanıb.

Müxtəlif yaş qruplarında qaliblər bəlli oldu

U-17 oğlanların 70 kilometrlik yarışında “AE Cycling School” klubunun üzvü Raul Mahmudov birinci yeri tutub. Elit və U-23 kişilər arasında 118 kilometrlik məsafədə isə Musa Mikayılzadə inamlı çıxışı ilə fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Yarışın qaliblərinə medal və diplomlarla yanaşı, Azərbaycan Velosiped İdmanı Federasiyasının xüsusi çempion köynəkləri də təqdim olunub.

Gənc oğlanlar (96 km)

  1. Nihad Xudoyev (ROEQİUGVM)
  2. Çingiz İsayev (ROEQİUGVM)
  3. Rəhim Nağıyev (ROEQİUGVM)

Elit/U-23 kişilər (118 km)

  1. Musa Mikayılzadə (AE Cycling School)
  2. Nofəl Nuriyev (AE Cycling School)
  3. Əli Qurbanov (AE Cycling School)

U-17 qızlar (40 km)

  1. Məryəm Hüseynova (ROEQİUGVM)
  2. Sevinc Sultanzadə (AE Cycling School)
  3. Marina Akimova (ROEQİUGVM)

U-17 oğlanlar (70 km)

  1. Raul Mahmudov (AE Cycling School)
  2. İlkin Sadıqzadə (Təhsil)
  3. Əli Zeynalzadə (ROEQİUGVM)

Qeyd edək ki, çempionatın yekun nəticələri Beynəlxalq Velosipedçilər İttifaqına (UCI) göndəriləcək. Bu göstəricilər idmançıların və milli federasiyanın beynəlxalq reytinq cədvəllərində öz əksini tapacaq və gələcək beynəlxalq yarışlara seçim prosesində mühüm rol oynayacaq.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni